top of page
Сортировка Медицина

Vinkabral kapsullar

vinkabral.png
brochure.png

Beyin qan dövranını yaxşılaşdıran vasitə

Tərkibi: 1 kapsulun tərkibində 30 mq Vinka minor L bitkisinin ekstraktı var

 

Farmakoloji xüsusiyyətləri:

Vinkabral beyin aktivliyini stimulə edir. Vinkabral beyin toxumasının metabolik ehtiyacını beyin qan axarı parametrlərinə adaptasiya edir. Vinkabral qlükozanın oksidləşmə reaksiyalarını artırma yolu ilə beyində metabolik prosesləri yaxşılaşdırır, hüceyrələrdə enerjinin əmələ gəlməsini və onların aktivliyini artırır. Vinkabral hipoksiya vəziyyətində neyronların oksigenlə təchizatını artırır, beyin qan dövranını yaxşılaşdırır. Beyin toxumasına kompleks təsir göstərir: onun funksiyasını stimulə edir, enerji təchizatını yaxşılaşdırır, hipoksiyanı aradan qaldırır. Beyinin normal fəaliyyətini, xüsusən də düşünmə qabiliyyətini və yaddaşı gücləndirir.

 

İstifadəsinə göstərişlər:

∙ Beyin qan dövranı çatışmazlığı

∙ Diqqət və yaddaş pozğunluğu

∙ Beyin travmalarından sonrakı vəziyyət

∙ Əqli imkanların yaxşılaşması məqsədilə

∙ Beyin qan dövranı çatışmazlığı zamanı yaranan görmə və eşitmə pozğunluğu

∙ Kəllədaxili təzyiqin artması

∙ Hipertenziya, hipertonik ensefalopatiya

∙ Miqren, miqrenəbənzər tutmalar

∙ Diabetik angiopatiya

∙ İşemik insultdan sonrakı reabilitasiya və işemik insultun yaranma təhlükəsi zamanı

∙ Məlum olunmayan başgicəllənmə tutmaları

∙ Emosional gərginlik və həyəcan

 

Əks göstərişlər:

Uşaqlar, hamiləlik və laktasiya dövrü, beyin şişləri, hipotoniya, tərkibindəki komponentə qarşı yüksək həssaslıq.

 

İstifadə qaydası və dozası:

1 kapsuldan gündə 2 dəfə

 

Buraxılış forması:

Vinkabral kapsul №20 qutuda

 

İstehsalçı: Rompfarma, Rumıniya

bottom of page