Tərkibi
Təsiredici maddələr:
1 ml (20 damcı) məhlulda
Passiflora çiçəklərinin quru ekstraktı ................................120 mq
Qlisin .................................................................................100 mq
Melissa (Ballı nanə) yarpaqlarının quru ekstraktı ...............30 mq
Valerian (Dərman pişikotu) köklərinin quru ekstraktı ........30 mq
Maqnezium ......................................................................... 50 mq
B6 vitamini (Piridoksin hidroxlorid)...................................0,6 mq
Köməkçi maddələr: su, fruktoza, qliserin, dadlandırıcı, kalium sorbat, limon turşusu.
Məhsul haqqında məlumat
Dream drops, təsiredici komponentlərin xüsusiyyətlərinə əsaslanaraq mərkəzi sinir sisteminin fəaliyyətini yaxşılaşdıran təbii tərkibli sakitləşdirici və yuxugətirici vasitədir.
Passiflora ekstraktı tərkibindəki viteksinlə zəngin flavonoid və alkaloidlərin hesabına mərkəzi sinir sisteminə yumşaq sakitləşdirici təsir göstərir, əsəbilik, gərginlik hallarını aradan qaldırır, yuxunu bərpa edir. Saya əzələlərinə spazmolitik təsir göstərir, ürək-damar və həzm sisteminin fəaliyyətini yaxşılaşdırır.
Qlisin beyin toxumasında mübadilə proseslərini yaxşılaşdıran aminturşusudur. Oyanma və tormozlanma proseslərini tənzimləyir, psixo-emosional gərginliyi, oyanıqlığı, aqressivliyi azaldır. Qlisin sinir impulslarının ötürülməsini gücləndirir, sinir sisteminin fəaliyyətinə müsbət təsir göstərir, əqli fəaliyyəti yaxşılaşdırır. Adrenalin və noradrenalin ifrazını tormozlayır və stresin qarşısını alır. Stressə qarşı adaptasiya prosesini və əhval-ruhiyyəni yaxşılaşdırır, yuxuya getməni asanlaşdırır, yuxunu tənzimləyir.
Melissa ekstraktı anksiolitik, antidepressant, sedativ, spazmolitik, ağrıkəsici və immuno-modulyator təsirlərə malikdir. Bu xüsusiyyətlər bitkinin tərkibindəki sitral, sitronellol, geraniol, fenilpropanoidlər, xlorohenon, qəhvə turşuları və doymuş efir yağlarının təsirlərindən irəli gəlir. Melissa ekstraktı təbii antidepressantdır, əhval-ruhiyyəni yaxşılaşdırır. Sinir sisteminə sakitləşdirici təsir göstərərək narahatlıq, həyəcan, oyanıqlıq, qorxu, əsəbilik, gərginlik, qeyri-stabil emosional halları aradan qaldırır. Normal yuxu fəaliyyətini təmin edir. Tərkibindəki efir yağlarının hesabına həzm sisteminə sakitləşdirici və spazmolitik təsir göstərir, sancıları və meteorizmi, həmçinin ürəkbulanmanı aradan qaldırır, iştahanı artırır.
Valerian ekstraktı tərkibindəki tormozlayıcı mediator olan qamma-amino yağ turşusu hesabına beyin toxumasında QAYT-ın parçalanmasının qarşısını alaraq konsentrasiyasını artırır. Güclü sedativ təsirinə görə MSS-də oyanıqlığı azaldır, sakitləşdirir və yuxunu normallaşdırır. Valerian damar saya əzələsinə spazmolitik təsir göstərərək damarları genişləndirir və qan dövranını yaxşılaşdırır.
Maqnezium bütün hüceyrələrin maddələr mübadiləsində iştirak edən və normal fəaliyyəti üçün vacib bir elementdir. Fizioloji nöqteyi nəzərdən maqnezium hüceyrədaxili kation hesab edilir. Təbii trankvilizator və antistress mineralıdır. Mg ionları neyronların oyanıqlığını azaldır və sinir sistemini sakitləşdirir, əsəb gərginliyini aradan qaldırır. Əzələlərdə ion balansını bərpa edir, fermentativ reaksiyalarda iştirak edir, sinir-əzələ ötürücülüyünü zəiflədir və əzələ spazmını aradan qaldırır.
Maqnezium, B6 vitaminin qeyri-aktiv formasından aktiv formasına çevrilməsini təmin edir. Orqanizmdə Mg defisiti tremor, tetaniya, ataksiya, yüksək reflektor oyanıqlıq, yuxu pozğunluğu və mədə-bağırsaq pozğunluğu kimi əlamətlərin əmələ gəlməsinə səbəb olur.
B6 vitamini koferment kimi bütün mübadilə proseslərində iştirak edir, sinir toxumasının maddələr mübadiləsinin tənzimlənməsini həyata keçirir. Bağırsaqdan maqneziumun sürətli sorulmasını və hüceyrələrdə toplanmasını aşanlaşdıraraq mərkəzi və periferik sinir sisteminin normal fəaliyyətini təmin edir. Piridoksin serotonin və noradrenalin sintezini stimulə edir və əhval-ruhiyyəni yüksəldir. O, sinir sisteminin formalaşmasını, düşüncə, qavrama və digər koqnitiv funksiyaları yaxşılaşdırır.
İstifadəsinə göstərişlər
Aşağıda qeyd olunan xəstəliklərin kompleks müalicə və profilaktikasında tövsiyə olunur:
- Yüksək sinir oyanıqlığı, stress
- Yuxu pozğunluğu, yuxusuzluq
- Həyəcan, narahatlıq, qorxu hissi
- Əsəb (emosional) gərginliyi
- Xroniki yorğunluq, asteniya
- Hiperaktivlik sindromu
- Fiziki və psixi tükənmə
- Nevroz, nevrasteniya
- Ağrı və əzələ spazmı
- Qastrointestinal spazm (o cümlədən körpələrdə bağırsaq sancısı, köp)
- Mədə-bağırsaq xəstəliklərinin kompleks müalicəsində
Əks göstərişlər
Məhsulun tərkibində olan hər hansı bir komponentə qarşı fərdi həssaslıq.
İstifadə qaydası və dozası
Dream drops damcıları daxilə qəbul olunur. İstifadədən əvvəl dozaya uyğun olaraq bir qədər su, süd və ya meyvə suyunda həll edilir və gündə 1-2 dəfə yeməkdən sonra qəbul olunur. Həkim tərəfindən başqa cür təyin edilməyibsə aşağıdakı dozalarda istifadə edin.
0-1 yaş arası uşaqlar: 5-10 damcı
1-3 yaş arası uşaqlar: 10-15 damcı
4-7 yaş arası uşaqlar: 15-20 damcı
8-13 yaş arası uşaqlar: 20-25 damcı
14 yaşdan yuxarı uşaqlar və böyüklər: 25-30 damcı
Doza və qəbul qaydası həkim tərəfindən tənzimlənə bilər.
Buraxılış forması: Daxilə qəbul üçün damcı, 30 ml, damcıladıcı-pipet ilə təchiz olunmuş tünd rəngli şüşə flakonda, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
İstehsalçı: ValueMed Pharma S.r.l., San Marino (İtaliya).
Tərkibində alkoqol yoxdur!