Tərkibi (1 kapsulda)
Təsiredici maddələr:
Lactobacillus rhamnosus GG (LGG) – 6 x 109 KƏV*
Saccharomyces boulardii– 2,5 x109 KƏV*
İnulin – 50 mq.
KƏV* - koloniya əmələ gətirən vahid.
Köməkçi maddə: kristallik qlükoza.
Kapsul: hidroksipropil metilsellüloza; rəng: titan dioksid.
Məhsul haqqında məlumat
SYMBIOTIC plus, təsiredici komponentlərin xüsusiyyətləri, bioloji aktivliyi və təsir mexanizminə əsaslanaraq bağırsaq mikroflorasının tarazlığını və normal fəaliyyətini tənzimləyən, patogen və şərti-patogen mikroorqanizmlərə qarşı antaqonist təsir göstərən, həmçinin orqanizmin müqavimətini gücləndirən sinbiotik vasitədir. Preparatın farmakoloji təsirləri tərkibindəki probiotik xüsusiyyətləri olan laktobakteriya, maya göbələyi və prebiotik olan inulin ilə əlaqədardır.
Lactobacillus rhamnosus GG (LGG), qrammüsbət süd turşusu bakteriyasıdır. Mədə (H.Pylori) və bağırsaq infeksiyalarının müalicəsi, ishalın profilaktika və müalicəsi üçün probiotikdir. Süd turşusu bakteriyası sirkə turşusu və süd turşusu ifraz edərək bağırsaqda turş mühit yaradır ki, bu da patogen mikroorqanizmlərə məhvedici təsir göstərir, şərti-patogen mikroorqanizmlərin inkişafının qarşısını alır və həzm fermentlərinin təsiri ücün optimal şərait yaradır. LGG bakteriyasının ifraz etdiyi fermentlər həzm prosesində iştirak edir, həzmi və qidanın mənimsənilməsini yaxşılaşdırır. Bağırsaqda B qrupu və K vitaminlərini, amin turşularını sintez edir; kalsiumun absorbsiyasını yaxşılaşdırır. Qəbizlik, diareya və köpün yaranmasının qarşısını alır. İmmun sistemi gücləndirir, allergiya əleyhinə təsir göstərir.
Saccharomyces boulardii, saxaromiset cinsindən olan təkhüceyrəli maya göbələyidir. Saccharomyces boulardii antimikrob, antitoksik, diareya əleyhinə, iltihabəleyhinə, immunoloji, bərpaedici və göbələk əleyhinə xüsusiyyətlərə malikdir. Bir çox patogen və şərti-patogen mikroorqanizmlərə qarşı yüksək antimikrob təsirə malikdir (Clostridium difficile, Klebsiella pneumoniae, Staphylococcus aureus, Pseudomonas aeruginosa, Candida kruesei, Candida albicans, Candida pseudotropicalis, Salmonella typhimurium, Escherichia coli, Shigella dysenteria, Yersinia enterocolitica, Enthamoeba hystolitica, Lambliae). Qəbuldan sonra Saccharomyces boulardii yoğun bağırsaqda məskunlaşaraq 3-5 gün ərzində orada fəaliyyət göstərir, sonra isə nəcislə xaric olunur. Maya göbələyinin membranında mannoza qatı vardır ki, buna əsasən də hər göbələk hüceyrəsi özünə onlarca patogen bakteriyanı birləşdirərək orqanizmdən xaric edir. Saccharomices boulardii bir çox farmakoloji xüsusiyyətlərə malikdir: proteazaların miqdarını artıraraq Clostridium difficile-nin toksinlərini neytrallaşdırır və onların bağırsaqların kiprikli epitelisinə nüfuz etməsinin qarşısını alır; poliaminlərin sintezini artıraraq bağırsaqlarda enterositlərin yetişməsini sürətləndirir və selikli qişanın keçiriciliyini zəiflədir; iltihab mediatorlarının sekresiyasını zəiflədir; faqositlərin fəaliyyətini stimulə edir, bağırsaqların selikli qişasında İgA-nın sintezini artırır və yerli immuniteti gücləndirir. Saccharomices boulardi bağırsaqların istənilən infeksion-iltihabi proseslərində yüksək kliniki effektivlik göstərir və müalicə müddətinin qısalmasını təmin edir.
İnulin, D-fruktozanın təbii, sintetik analoqu olmayan polimeridir. Təbii prebiotik olub, normal bağırsaq mikroflorasının populyasiyasının artmasına kömək edir. İnulin mədənin turş mühitinin təsirinə məruz qalmır, həzm traktından sorulmur, bağırsaq mikroflorası tərəfindən fermentləşmir. Yoğun bağırsaqda qismən parçalanır və burada bağırsaq mikroflorasını təşkil edən faydalı bakteriyalar (bifidobakteriyalar və laktobasillər) üçün qida substratı olub, onların böyüməsi və inkişafı üçün optimal şərait yaradır. İnulinin parçalanmamış hissəsi bağırsaqlardan keçdikdə bağırsaq divarının hərəkətliliyini stimulə edir, toksinlərin xaric olunmasını təmin edir, orqanizmi tullantı məhsullarından, həzm olunmayan qida qalıqlarından, zərərli xolesterindən təmizləyir. İnulin, həmçinin vitamin və mineralların sorulmasını və mənimsənilməsini təmin edir, immun sistemini möhkəmləndirir.
İstifadəsinə göstərişlər
Aşağıdakı hallarda bağırsaq mikroflorasının normal fəaliyyətini tənzimləmək məqsədi ilə tövsiyə olunan BFMQƏ:
• Bağırsaq mikroflorasının müxtəlif mənşəli pozulması (antibiotiklərin, sulfanilamid qrupu və digər preparatların qəbulu, kimyəvi preparatlarla müalicə, şüa müalicəsi).
• Antibiotikoterapiya ilə bağlı diareya və kolitlərin profilaktika və müalicəsi.
• Kəskin enterit və enterokolitlər (infeksion və qeyri-infeksion).
• Müxtəlif mənşəli diareya, o cümlədən səyahətçilər diareyası.
• Xroniki kolitlər (qeyri-spesifik xoralı kolit, Kron xəstəliyi daxil olmaqla).
• Mədə-bağırsaq sisteminin kəskin və xroniki xəstəliklərin kompleks müalicəsi.
• Dispepsiyalar: qəbizlik, ishal, meteorizm, qarın nahiyəsində ağrı.
• Uzunmüddətli parenteral qidalanma nəticəsində yaranan diareya.
• Qarın boşluğu üzərində aparılan cərrahi əməliyyatlar.
• Müxtəlif mənşəli allergiyaların kompleks müalicəsi.
• Qıcıqlanmış bağırsaq sindromu.
Əks göstərişlər
Preparatın tərkibindəki hər hansı komponentə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası
SYMBIOTIC plus kapsulları yemək zamanı bir stəkan su ilə daxilə qəbul edilir.
Həkim tərəfindən başqa cür təyin edilməyibsə aşağıdakı dozalarda istifadə edin.
14 yaşdan yuxarı uşaqlar və böyüklər: 1 kapsul gündə 1 dəfə.
Doza və qəbul qaydası həkim tərəfindən tənzimlənə bilər.
Buraxılış forması
10 kapsul, blisterlərdə. 1 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
İstehsalçı
Sensilab Ltd, Sloveniya.