top of page
Сортировка Медицина

TEMPUFEN daxilə qəbul üçün məhlul 50 ml

MSS-nin fəaliyyətini yaxşılaşdıran vasitə

tempufen.png
brochure.png

Tərkibi (1 ml məhlulda) 
Təsiredici maddələr: 
γ-amino-fenil yağ turşusu (GAPBA) 100 mq 
Pantoten turşusu (B5 vitamini) 1,2 mq 
Köməkçi maddələr: təmizlənmiş su, təbii qarağat dadlandırıcısı, sukraloza, natrium hidroksid, kalium sorbat, natrium benzoat. 

Məhsul haqqında məlumat 
Tempufen, tərkibində olan komponentlərin xüsusiyyətləri, bioloji aktivliyi və spesifik təsir mexanizminə əsaslanaraq mərkəzi sinir sisteminin fəaliyyətini yaxşılaşdıran, neyrometabolik, neyroprotektor, neyrotrofik, nootrop, anksiolitik təsir göstərən bioloji fəallığa malik vasitədir. 
γ-amino-fenil yağ turşusu, beyin qan dövranını yaxşılaşdırır, energetik prosesləri, toxuma tənəffüsünü və metabolizmini aktivləşdirir, qlükozanın və toksiki maddələrin utilizasiyasını sürətləndirir. Həyacan, gərginlik, yorğunluq və qorxu hissinin azalmasına və aradan qalxmasına kömək edir, bu səbəbə görə nevrozların müalicəsində və əməliyyatdan əvvəl istifadə etmək olar. Baş beynin funksional vəziyyətini yaxşılaşdırır və iş qabiliyyətini artırır, asteniya və vazovegetativ simptomların (baş ağrısı, başda ağırlıq hissi, yuxunun pozulması, qıcıqlanma, emosional qeyri-sabitlik) yaranmasını azaldır. Psixoloji göstəriciləri (diqqət, yaddaş, sensor-motor reaksiyaların sürətini və dəqiqliyini) yaxşılaşdırır. Müalicə kursu şəklində qəbul edildikdə, əqli və fiziki iş qabiliyyətini artırır, yaddaşı gücləndirir, yuxunu normallaşdırır, hərəkət və nitq pozğunluqları olan xəstələrin vəziyyətini yaxşılaşdırır. Nistaqmın latent dövrünü uzadır və davametmə müddətini və təzahür olunma dərəcəsini qısaldır. Antiaqreqant və antioksidant təsir göstərir. 
B5 vitamini sinir sisteminin normal fəaliyyətini təmin edən maddələrin - neyrotransmitterlərin, 
mediatorların və hormonların sintez və metabolizmini gücləndirir. Uşaqlarda və yeniyetmələrdə sinir sisteminin vəziyyətinin normallaşması və harmonik inkişafı üçün vacibdir. Yaşlı insanlarda qocalma əqli zəifliyinin və Alsheymer xəstəliyinin qarşısını alır. Beynin normal fəaliyyətini, xüsusən də düşünmə qabiliyyətini artırır. Anticismlərin sintezini artıraraq immun sistemini aktivləşdirir. Orqanizmdə olan bütün metabolik prosesləri təmin edir. 

İstifadəsinə göstərişlər 
Uşaqlar üçün 
- Doğuş kəllə-beyin travmaları 
- Hipoksiya ilə doğulan uşaqlar 
- Uşaq serebral iflici 
- Əqli inkişafdan geri qalma (psixi, nitq və motor) 
- Fiziki inkişafın ləngiməsi 
- Diqqət və yaddaş pozğunluqları, qavramanın zəifləməsi 
- Kəkələmə, tiklər 
- Enurez 
Böyüklər üçün 
- Kəllə-beyin travmaları, beynin işemik xəstəliyi, beyin insultu 
- Baş beynin damar xəstəlikləri, xüsusilə baş ağrıları və başgicəllənmə ilə müşahidə olunan hallarda 
- Kəskin və xroniki beyin qan dövranı çatışmazlığı 
- Astenik və həyacanlı-nevrotik vəziyyətlər 
- Həyacan, narahatlıq, gərginlik, oyanıqlıq və qorxu 
- Yaşlılarda yuxusuzluq və “qorxulu” yuxugörmələr 
- Polinevritlər və paresteziyalar 
- Yaddaş və diqqət pozğunluqları 
- Menyer xəstəliyi, vestibulyar analizatorun müxtəlif mənşəli disfunksiyası ilə əlaqəli başgicəllənmə 
- Kinetozlar zamanı ürəkbulanmanın və başgicəllənmənin profilaktikası 
- Cərrahi əməliyyatlardan və ağrılı diaqnostik müayinələrdən əvvəl həyacanlı vəziyyətlərin profilaktikası 
- Alkoqolizm müalicəsi zamanı köməkçi vasitə kimi (abstinent sindromu zamanı psixopatoloji və somatovegetativ pozğunluqları aradan qaldırmaq üçün). 

Əks göstərişlər 
Hiperhəssaslıq, qaraciyər çatışmazlığı, kəskin böyrək çatışmazlığı, hamiləlik, laktasiya dövrü. 
 
İstifadə qaydası və dozalanması 
Tempufen məhlul yeməkdən əvvəl daxilə qəbul edilir. İstifadədən əvvəl preparat bir qədər (10-20 ml) su, süd və ya meyvə şirəsi ilə həll oluna bilər. 
Həkim tərəfindən başqa cür təyin edilməyibsə aşağıdakı dozalarda istifadə edin

tempufen_edited.jpg

Birdəfəlik yüksək doza həddi: 8 yaşdan kiçik uşaqlar üçün 150 mq, 8-14 yaş arası uşaqlar üçün 250 mq, böyüklər üçün 750 mq, 60 yaşdan yuxarı şəxslər üçün 500 mq təşkil edir. 
Alkoqolizmin müalicəsinin birinci günü abstinent sindromunun azaldılması üçün tədricən gündəlik doza həddinin böyüklər üçün adi olan həddədək azaldılması şərti ilə, gün ərzində 3 dəfə və gecə 750 mq. Menyer xəstəliyinin kəskinləşməsi dövründə 5-7 gün ərzində gündə 3-4 dəfə 750 mq; vestibulyar pozğunluqların qabarıqlığı azaldıqda 5-7 gün ərzində gündə 3 dəfə 250-500 mq və daha sonra 5 gün ərzində gündə 2 dəfə 250 mq. Xəstəlik yüngül keçərsə, 5-7 gün ərzində gündə 2 dəfə 250 mq, daha sonra doza həddi 7-10 gün ərzində gündə 1 dəfə 250 mq-dək azaldılır. Vestibulyar analizatorun damar və travmatik mənşəli pozğunluqları zamanı başgicəllənmənin qarşısınının alınması məqsədilə 12 gün ərzində gün ərzində 3 dəfə 250 mq. Yırğalanmanın (silkələnmənin) profilaktikası məqsədilə nəzərdə tutulan səyahətdən 1 saat əvvəl 1 dəfə 250-500 mq (dozadan asılı təsirə malik olur).
Buraxılış forması: Daxilə qəbul üçün məhlul, 50 ml. 1 plastik flakon, ölçü şprisi və içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 
 
İstehsalçı: Lecifarma-Laboratorio Farmaceutico, Portuqaliya. 

bottom of page