SEDANES tabletlər
Tərkibi (1 tabletdə)
Təsiredici maddələr:
Adi pişikotu köklərinin quru ekstraktı (Valeriana officinalis roots dry extract) ………..…150 mq
Passiflora otunun quru ekstraktı (Passiflora incarnata herbs dry extract) ……………….. 150 mq
Dərman limonotu yarpaqlarının quru ekstraktı (Melissa officinalis leaves dry extract) …. 100 mq
Yemişan meyvələrinin quru ekstraktı (Crataegus pinnatifida fruits dry extract) …....…… 80 mq
Maqnezium bisqlisinat ……………………….………………………………………..…. 150 mq
B6 vitamini (Piridoksin hidroxlorid) …………………………………………………..…… 3 mq
Köməkçi maddələr: mikrokristallik sellüloza, kartof nişastası, silisium dioksid, maqnezium stearat.
Məhsul haqda məlumat:
SEDANES kombinə olunmuş vasitə olub sinir sisteminin müxtəlif xəstəlikləri zamanı, həmçinin, bəzi digər sistem xəstəliklərinin kompleks müalicəsində sakitləşdirici və yuxugətirici məqsədlə təyin olunur.
Adi pişikotu – müalicəvi bitkidir, mülayim sedativ (sakitləşdirici) təsiri vardır. Bu təsir onun tərkibindəki borneol və izovalerian turşularının mürəkkəb efirləri və sərbəst valerian turşusu ilə əlaqədardır. Sedativ təsir tədricən yaransa da kifayət qədər stabildir. Yuxuya getməni asanlaşdırır. Bitki qan dövranını yaxşılaşdırır, damarları genişləndirir, arterial təzyiqi normallaşdırır, ürəyin fəaliyyətini tənzimləyir. Bundan başqa, preparat mədə - bağırsaq sisteminin saya əzələlərinə spazmolitik təsir göstərir, ödqovucu effekti vardır.
Passiflora – müalicəvi bitkidir, tərkibində flavonoidlər, əsasən qlükozil törəmələri (o c. viteksin, saponarin, orientin, homo-orientin, skatozid, izoskatozid), maltol, az miqdarda sianogen qlikozidlər (xüs. ginokardin), efir yağlarının izləri var. Sedativ təsir göstərir, yuxuya getməni asanlaşdırır. MSS-nə tormozlayıcı təsirlə yanaşı papaverinəbənzər spazmolitik təsir də göstərir.
Dərman limonotu (Melissa) – müalicəvi bitkidir, sedativ, spazmolitik, antihipertenziv, qıcolma -, aritmiya – və qusma əleyhinə təsir göstərir. Tərkibində efir yağları komponentləri (o c. sitral, heraniol, linalool, neral, kariofillen, terpenoidlər, evgenol qlükozidləri, benzil spirti, fenolkarbon turşuları) var ki, bunlar da antimikrob, virus əleyhinə və iltihab əleyhinə təsir göstərirlər. Əsas aktiv komponentlər hesabına melissa həzm prosesini yaxşılaşdırır, mülayim ödqovucu təsir göstərir, bağırsaqlarda saprofit floranı və həzm fermentlərinin ifrazını bərpa edir. Tərkibində olan efir yağları və digər komponentlər, məs.B1, B2, C vitaminləri, və mikroelementlər, xüs.də kalium hesabına MSS-nə müsbət təsir göstərir. Kalium heraniol, fenolkarbon turşuları ilə birlikdə mənfi xronotrop təsir göstərir, ürək fəaliyyətini və damar tonusunu normallaşdırır. Tərkibindəki bioloji aktiv maddələrin mürəkkəb kompleksinə görə antihipoksant təsir göstərir ki, bunlar da kardio -, neyro -, nefro - və immunoprotektiv xüsusiyyətlərin əsasını təşkil edir. Bunlar dismenoreyanın yüngül formaları, hamiləlik toksikozları, klimakterik pozğunluqların əlamətlərini aradan qaldırır, kişilərdə cinsi vəzilərin funksiyasını normallaşdırır. Bu maddələr, həmçinin, tənəffüs yollarının səyrici epitelinin drenaj funksiyasını da yaxşılaşdırır, bəlğəmin qatılığını azaldır, öskürəklə xaric olmasını asanlaşdırır, damarları genişləndirməsi və tər ifrazını artırması hesabına hərarətsalıcı təsir göstərir.
Yemişan - müalicəvi bitkidir, mülayim kardiotonik, spazmolitik, sedativ, hipotenziv təsirləri vardır, qanın laxtalanma göstəricilərini normallaşdırır. Tərkibi flavonoidlər, xolin, asetilxolin, fitoserinlərlə zəngin olduğundan bütün damarlara spazmolitik təsir göstərərək hipotenziv effektin əldə olunmasını təmin edir. Beləliklə, beyin və koronar qan dövranını yaxşılaşdıraraq beyin və ürək hüceyrələrinin metabolizmini gücləndirir. Beyin damarlarının genişlənməsi və mediator balansın bərpa edilməsi nəticəsində isə sedativ effekt əldə edilir. Təcrübələrdə yemişanın iltihabəleyhinə, antioksidant, diabet əleyhinə, hipoxolesterinemik, trombolitik, neyroprotektiv, antibakterial təsirləri aşkarlanmışdır.
Maqnezium - bütün üzv və hüceyrələrin normal fəaliyyəti üçün vacib bir element olub maddələr mübadiləsinin bütün reaksiyalarında iştirak edir. Maqnezium neyronların oyanıqlığını azaldaraq sinir-əzələ ötürücülüyünü (saya və ürək əzələsi) zəiflədir. Əzələlərdə ion balansını bərpa edərək bütün fermentativ reaksiyalarda iştirak edir. Maqnezium defisiti orqanizmdə qıcolmalar, yüksək reflektor oyanıqlıq, yuxu pozğunluğu, ürək ritmi pozğunluğu, mədə-bağırsaq pozğunluğu və diareya kimi patologiyaların əmələ gəlməsinə səbəb olur. Yüksəlmiş fiziki və əqli gərginlik, stress, hamiləlik, diuretiklərin qəbulu zamanı maqneziuma olan tələbat artır. Maqnezium bisqlisinat – maqneziumun xelat və ya üzvi birləşməsidir. Onun tərkibində maqnezium əvəzolunmaz aminturşu olan qlisinlə birləşmə şəklindədir. Buna görə də biomənimsənilməsi 85-100%-dir. Maqnezium bisqlisinatın bağırsaqlardan sorulması qida rasionunda yağların və ya onun antaqonistləri olan kalsium və D vitamininin olmasından asılı deyil. Xelat formanın qəbulu zamanı maqneziumun çatışmazlığını çox qısa müddətdə bərpa etmək mümkündür, artıq ilk günlərdən etibarən yaxşılaşma hiss olunur. Mineral birləşmələr həzm pozğunluğu və ishala səbəb olduqları halda üzvi birləşmənin qəbulu zamanı bu risk minimuma enir, yan təsirləri yoxdur.
B6 vitamini - koferment kimi bütün mübadilə proseslərində iştirak edir, mərkəzi və periferik sinir toxumasının normal funksiyası üçün çox vacibdir. Triptofan, metionin, sistein, qlütamin və d. aminturşuların, o c. histamin mübadiləsində vacib rol oynayır. Lipid mübadiləsini normallaşdırır. Mədə-bağırsaqlardan maqneziumun sürətli sorulmasını və hüceyrələrə toplanmasını təmin edir.
İstifadəsinə göstərişlər:
- Yüksəlmiş sinir oyanıqlığı, əsəb gərginliyi, həyəcan, stress, depressiya, sinir tikləri
- Yuxu pozğunluğu, yuxusuzluq
- Miqren, baş ağrıları, nevroz, isteriya, klimaks zamanı kompleks müalicənin tərkibində
- Nevrasteniya, hipertenziv tipli neyro-sirkulyator distoniya (NSD), neyrogen mədə-bağırsaq pozulmaları, diskineziyalar, endokrin disfunksiyalar
- Ürək-damar sisteminin funksional pozulmaları, taxiaritmiya, arterial hipertoniya, ürəyin işemik xəstəliyi (ÜİX), kardialgiya, stenokardiya zamanı kompleks müalicənin tərkibində
- Mədə - bağırsaq sisteminin spazmlarla müşayiət olunan xəstəlikləri zamanı kompleks müalicənin tərkibində
- Dismenoreya, menstrual və klimakterik pozğunluqlar, hamiləlik toksikozları
- Xroniki yorğunluq, fiziki və psixi tükənmə, asteniyanın (xüs. maqnezium və B6 vitamininin defisiti ilə əlaqəli) kompleks müalicəsində
- Qaşınma ilə müşayiət olunan dermatitlər
Əks göstərişlər: Məhsulun tərkibində olan hər hansı bir komponentə qarşı fərdi yüksək həssaslıq, hamiləliyin I trimestri, 12 yaşadək uşaqlar.
İstifadə qaydası və dozası: Böyüklər: 1 tablet gündə 1 dəfə.
Əlavə təsirləri: Tərkibindəki komponentlərdən hər hansı birinə qarşı hiperhəssaslıq reaksiyaları müşahidə oluna bilər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri: Məlum deyil.
Xüsusi ehtiyat tədbirləri: Tövsiyə edilən sutkalıq dozanı keçməyin. BFMQƏ normal qidalanmanı əvəz etmir. Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Buraxılış forması: Tablet №30, blisterdə. 2 blister (2x15) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti: 25°С-dən yüksək olmayan temperaturda, sərin, quru, birbaşa düşən günəş şüalarından uzaq və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
Yararlılıq müddəti: 3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
İstehsalçı: Pharmacy Laboratories s.c., Polşa.
Bioloji fəallığa malik qida əlavəsidir. Dərman vasitəsi deyildir!