top of page
Сортировка Медицина

AMİNOTOKS (Aminotox) şərbət 200 ml

Qaraciyər ensefalopatiyası zamanı qanda ammonyakın səviyyəsini azaldan vasitə

brochure.png
aminotoks.png

Tərkibi

Təsiredici maddə: hər 5 ml məhlulda 250 mq L-Ornitin L-Aspartat vardır.

Köməkçi maddələr: sorbitol, limon turşusu, ksantan qətranı, manqo, qliserin, sukraloza, təmizlənmiş su.

 

Məhsul haqda məlumat

Aminotoks məhlulun tərkibindəki L-ornitin–L–aspartat (LOLA) 2 təbii əvəzolunan aminturşunun sabit duzudur. Aminotoks ornitin tsiklində iştirak edir (tsiklin işini aktivləşdirir, qaraciyərin ornitin – karbamoiltransferaza və karbamoil–fosfatsintetaza hüceyrə fermentlərinin aktivliyini bərpa edir). Hər iki aminturşu ammonyakın detoksikasiyasında və prolin, və poliaminlərin sintezində vacib rol oynayır. Poliaminlər, öz növbəsində, DNT sintezi və hüceyrə replikasiyasında kritik əhəmiyyətə malikdir. Sübut olunub ki, onlar qaraciyərin regenerasiyasını stimulə edir və onu sərbəst radikalların təsirindən qoruyur. LOLA qaraciyər xəstəlikləri zamanı orqanizmdə ammonyakın səviyyəsini aşağı salmaqla detoksikasion təsir göstərir. Sirrozlu pasiyentlərdə qaraciyər ensefalopatiyasının inkişafını ləngidir, psixomotor funksiyalara müsbət təsir göstərir, həyat keyfiyyətini, psixi statusu, diqqət konsentrasiyasını və yuxunu yaxşılaşdırır, yorğunluq hissini azaldır. 

Aminotoks insulin və somatotrop hormonun istehsalını stimulə edir. Parenteral qidalanma zamanı zülal mübadiləsini yaxşılaşdırır. Astenik, dispeptik və ağrı sindromlarını azaldır, həmçinin, yüksəlmiş bədən kütləsini (steatoz və steatohepatit zamanı) azaldır. 

 

İstifadəsinə göstərişlər

- Müxtəlif mənşəli steatoz və steatohepatitlər

- Qaraciyər ensefalopatiyası (latent və ya qabarıq)

- Qaraciyərin hiperammoniemiya ilə müşayiət olunan kəskin və ya xronik xəstəlikləri

Əks göstərişlər

Məhsulun tərkibində olan hər hansı bir komponentə qarşı fərdi yüksək həssaslıq.

Uşaqlarda və südverən qadınlarda, ağır böyrək çatışmazlığı zamanı təyin olunmur.

 

İstifadə qaydası və dozası

Böyüklər: 10 ml gündə 2 dəfə. Günlük doza vəziyyətdən asılı olaraq artırıla bilər (12-24 ö.st-dək).

 

Buraxılış forması

Daxilə qəbul üçün şərbət, 200 ml plastik flakonda, 15 ml-lik ölçü stəkanı ilə, karton qutu qablaşmada.

 

İstehsalçı

Opes Healthcare Pvt. Ltd., Hindistan.

bottom of page