top of page
Сортировка Медицина

Inocit (inosit) daxilə qəbul üçün damcı-məhlul

Mərkəzi Sinir sisteminin xəstəliklərində istifadə olunan vasitə

inocit.png
brochure.png

Tərkibi 
Təsiredici maddələr: 1 ml (20 damcı) məhlulun tərkibində 50 mq sitikolin və 35 mq inozitol vardır.                
Köməkçi maddələr: kalium sorbat, natrium benzoat, limon turşusu, təmizlənmiş su, portağal ətirləndiricisi, fruktoza (dadlandırıcı).

Məhsul haqqında məlumat
İnocit daxilə qəbul üçün məhlul, tərkibində olan komponentlərin xüsusiyyətləri, bioloji aktivliyi və spesifik təsir mexanizminə əsaslanaraq energetik prosesləri sürətləndirir, sinir hüceyrələrinin hipoksiyaya davamlılığını artırır, damarlarda spazmı aradan qaldırır, beyin fəaliyyətini yaxşılaşdıran, neyroprotektor vazoprotektor, antihipoksant və nootrop təsir göstərən bioloji fəallığa malik vasitədir. 
Sitikolin, neyron membranının əsas struktur komponentlərindən biri olan fosfolipidlərin biosintezində ara metaboliti olan, nootrop xüsusiyyətlərə malik təbii endogen birləşmədir. 
Zədələnmiş hüceyrə membranlarını bərpa edir, fosfolipazaları inhibə edir və artıq miqdarda sərbəst radikalların yaranmasına mane olur, apoptoz mexanizmlərinə təsir edərək hüceyrələrin məhv olmasının qarşısını alır. Sitikolin, fosfolipidlərin biosintezini stimulə edir, bu da sinir hüceyrələrinin ion-mübadilə nasosunun işini, həmçinin sinir impulslarının normal ötürülməsi üçün zəruri olan reseptorların funksiyalarını yaxşılaşdırır. Kəskin insult zamanı zədələnmiş toxumanın sahəsini azaldır, xolinergik keçiriciliyi yaxşılaşdırır. Kəllə-beyin travması zamanı posttravmatik komanın müddətini və nevroloji simptomların təzahürünü azaldır, bundan başqa, bərpa dövrünün müddətinin azalmasına səbəb olur. Sitikolin, baş beynin xroniki hipoksiyası zamanı yaddaşın zəifləməsi, təşəbbüssüzlük, gündəlik fəaliyyətləri yerinə yetirərkən və özünəxidmət zamanı yaranan çətinlik kimi koqnitiv və nevroloji pozğunluqları aradan qaldırır, diqqət, yaddaş, qavrama və süur səviyyəsini yüksəldir, amneziyanın təzahürlərini azaldır. Neyron membranına stabilləşdirici təsir göstərir, bununla da beyin ödemini azaldır, oksigen sərfini və qan dövranını sürətləndirir. Beyin qan dövranının pozğunluğu və kəllə-beyin travması nəticəsində yaranan serebral disfunksiyanın gedişini yaxşılaşdırır. Degenerativ və damar mənşəli koqnitiv, hissi və hərəki pozğunluqların müalicəsində effektiv vasitədir.
İnozitol, vitaminəbənzər maddə olub, insan orqanizmində hüceyrə membranlarının formalaşmasında iştirak edir. Fermentlərin tərkibinə daxil olaraq maddələr mübadiləsində iştirak edir. İnozitol aminturşusu və zülal sintezini stimulə edir, hüceyrə membranının qorunmasında mühüm rol oynayır. Daha çox toplandığı yer beyin, ürək və gözün lens təbəqəsidir. Qanda xolesterin səviyyəsini azaldır, damar divarı kollagen və elastin sintezini stimulə edərək onları möhkəmləndirir və elastikliyini artırır. İnozitol, əhval-ruhiyyəyə cavabdeh olan seratonin və dofamin kimi beyindəki bir çox neyromediatorların düzgün çalışması üçün çox vacibdir. Yuxusuzluq və diqqət pozğunluğu kimi əlamətləri aradan qaldırır. 

İstifadəsinə göstərişlər 
Aşağıdakı hallarda beyin fəaliyyətini yaxşılaşdırmaq, yaddaşı və diqqət konsentrasiyasını gücləndirmək məqsədilə tövsiyə olunan (kompleks müalicənin tərkibində) BFMQƏ:
- Perinatal, postnatal, intranatal ensefalopatiya 
- Psixomotor inkişafın ləngiməsi
- Nitq qüsurları və hiperaktivlik fonunda diqqət çatışmazlığı
- Koqnitiv funksiyaların pozğunluqları (yaddaş, qavrama, nitq)
- Kəllə-beyin travması, kəskin (kompleks terapiyanın tərkibində) və bərpa dövrü
- Görmə və eşitmə sinirlərinin zədələnməsi və funksional pozğunluqları 
- Qlaukoma zamanı dağılan qanqlioz hüceyrələrin bərpası
- Baş beynin degenerativ və vaskulyar (damar) xəstəlikləri zamanı koqnitiv və 
  davranış pozğunluqları
- İşemik insultun kəskin dövrü 
- İşemik və hemorragik insultun bərpa dövrü
- Xronik beyin qan dövranı pozğunluqları və onların fəsadlaşmaları
- Qocalıqla bağlı həyacanlı-depressiv vəziyyətlər
- Serebral ateroskleroz

Əks göstərişlər
Məhsulun tərkibində olan hər hansı bir komponentə qarşı yüksək həssaslıq.
Parasimpatik sinir sisteminin yüksək tonusu.
 
İstifadə qaydası və dozası 
İnocit məhlulunu hər zaman həkiminiz tövsiyə etdiyi kimi istifadə edin. 
Doza və müalicənin müddəti xəstəliyin növündən və ağırlığından (beynin zədələnmə dərəcəsindən) asılı olaraq həkim tərəfindən fərdi olaraq müəyyən olunur. 
Həkim tərəfindən başqa cür təyin edilməyibsə aşağıdakı dozalarda istifadə edin.
Yenidoğulmuşlara və uşaqlara: 50-100 mq-dan (1-2 ml və ya 20-40 damcı) gündə 2-3 dəfə.
18 yaşdan yuxarı və böyüklərə: 200 mq-dan (4 ml və ya 80 damcı) gündə 2-3 dəfə.
Daxilə qəbul edilir. İstifadədən əvvəl az miqdarda su ilə qarışdırılaraq yemək zamanı və ya qida qəbulları arasında qəbul edilir.

Buraxılış forması
Daxilə qəbul üçün məhlul, 50 ml, damcıladıcı-pipet ilə təchiz olunmuş tünd rəngli şüşə flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

İstehsalçı: İnalme S.r.l., İtaliya. 

bottom of page