top of page
Сортировка Медицина

ZİNTOKS tabletlər

Ürəkbulanmanın aradan qaldırılması üçün kompleks vasitə

zintox.png
brochure.png

Tərkibi (1 tabletdə)

Təsiredici maddələr:

Dərman zəncəfili (Zingiber officinale) köklərinin tozu ........250 mq

Qara qarağat (Ribes nigrum) meyvələrinin tozu …................100 mq

Qaragilə (Vaccinium myrtillus) yarpaqlarının tozu ...............100 mq

Ballı nanə (Melissa officinalis) yarpaqlarının tozu .................30 mq

Maqnezium oksid …………………………………..….........100 mq

B6 vitamini (Piridoksin hidroxlorid) …...................................20 mq

Köməkçi maddələr: mikrokristallik sellüloza, kolloidal silisium, maqnezium stearat.

 

Məhsul haqqında məlumat

Zintoks, təbii maddələrin orijinal kombinasiyası olub, mədə-bağırsaq sisteminin funksional vəziyyətini tənzimləyən bioloji fəallığa malik vasitədir. Tərkibindəki komponentlərin xüsusiyyətləri və bioloji aktivliyinə əsaslanaraq həzmi yaxşılaşdırır, qusma refleksini azaldır, ürəkbulanma və qusma hallarını aradan qaldırır, həmçinin həzm traktının xəstəlikləri zamanı antibakterial, iltihab əleyhinə, antasid, ağrıkəsici, spazmolitik və qazqovucu təsir göstərir.

Zəncəfil kökünün xüsusiyyətləri tərkibində olan üçterpen qlikozidləri (panaksozid, panakvilon, panaksin), efir yağları, pektin, vitaminlər, makro- və mikroelementlər, həmçinin fitoestrogen və daukosterin maddələri ilə əlaqədardır. Qusma mərkəzinə təsir göstərir, ürəkbulanma və qusma refleksini tormozlayır. Həmçinin, nəqliyyat vasitələrindən (avtomobil, gəmi, təyyarə) istifadə zamanı ürəkbulanmanın və başgicəllənmənin qarşısını alır. Mədənin və bağırsaqların işini sürətləndirir, həzm prosesini normallaşdırır; mədənin sayə əzələlərinin tonusunu azaldır və spazmolitik təsir göstərir; bağırsaq peristaltikasını tənzimləyir, köp, sancı və qəbizliyi aradan qaldırır. Güclü detoksikator xüsusiyyətlərə malikdir, bağırsaqları və ümumilikdə orqanizmi mübadilənin aralıq məhsullarından və toksiki maddələrindən təmizləyir. Zəncəfil immunomodulyator və tonuslandırıcıdır, yorğunluğu aradan qaldırır, orqanizmin ümumi müqavimətini gücləndirir. Mürəkkəb şəkərlərin və lipidlərin parçalanmasını sürətləndirir, bununla da qanda xolesterin və qlükozanın səviyyəsini azaldır, dərialtı piy hüceyrələrinin həcmini azaldır.

Qara qarağat insan orqanizmi üçün vacib və əvəzolunmaz bir sıra müalicəvi komponentlərin (B5, B6, B1, B2, A, K, PP, E, H, C vitaminləri, karotinoid, efir yağları, pektin), mikro- (yod, ftor, dəmir, mis, sink və s.) və makroelementlər (maqnezium, kalium, fosfor, kalsium, natrium və s.) mənbəyidir. Qara qarağat həzm traktının fəaliyyətini normallaşdırır, bağırsaq fəaliyyətini tənzimləyir, qəbizliyi aradan qaldırır. Ürəkbulanmanın qarşısını alır, iştahanı artırır. Dezinfeksiyaedici, iltihab əleyhinə və allergiya əleyhinə təsir göstərir. Tərkibindəki dəmir hemoqlobinin səviyyəsinin artırır və anemiyanın qarşısını alır. Qara qarağat qanın laxtalanma prosesinə təsir edir, arterial təzyiqi aşağı salır.

Qaragilə tərkibində yüksək miqdarda manqan, C, B1, B2 vitaminləri, karotin, büzücü maddələr, pektin, şəkər, alma, kəhrəba və süd turşuları ilə zəngin giləmeyvədir. Mədə-bağırsaq traktının iltihabını və həzm pozğunluqlarını aradan qaldırır, mədə xorasının yaranmasının qarşısını alır. Həzmi yaxşılaşdırır, ürəkbulanma və qusma əleyhinə təsir göstərir. Qanda və sidikdə şəkərin səviyyəsini azaldır. Qaragilə, həmçinin beynin fəaliyyəti, görmə qabiliyyəti üçün faydalıdır, katarakta və qlaukoma xəstəliklərinin profilaktikası üçün əvəzsiz vasitədir. Təbii antioksidantlarla zəngindir, müxtəlif xəstəliklərdən (o cümlədən ürək-damar, onkoloji) qoruyur. İmmuniteti möhkəmləndirir. Giləmeyvənin ifraz etdiyi fitonsidlər bəzi virus və bakteriyalara məhvedici təsir göstərir.

Melissa (Ballı nanə) sedativ, spazmolitik, ağrıkəsici, anksiolitik, antidepressant və immunomodulyator təsirlərə malikdir. Bu xüsusiyyətlər bitkinin tərkibindəki sitral (sakitləşdirici), sitronellol (spazmolitik), geraniol, fenilpropanoidlər (antibakterial, virus əleyhinə, antiallergik və immunomodulyator), xlorohenon, qəhvə turşuları və doymuş efir yağlarının təsirlərindən irəli gəlir. Efir yağlarının hesabına həzm sisteminə sakitləşdirici və spazmolitik təsir göstərir, ürəkbulanma, qusma, sancı və köpü (meteorizmi) aradan qaldırır. İştahanı artırır, həzm vəzilərinin sekresiyasını artırır, həzmi asanlaşdırır. Ballı nanə, həmcinin, hamilə qadınlarda toksikoz zamanı ürəkbulanma və qusma simptomlarını aradan qaldırır. Melissa yarpaqlarının tərkibi C vitamini ilə zəngindir, orqanizmin ümumi müqavimətini gücləndirir, virus əleyhinə təsir göstərir, qrip və ya soyuqdəymə zamanı (o cümlədən hamiləlik dövründə) faydalıdır. Ballı nanə ekstraktı təbii antidepressantdır. Tərkibində mis mikroelementi olduğuna görə sinir sisteminə sakitləşdirici təsir göstərir, əhval-ruhiyyəni yaxşılaşdırır, narahatlıq, həyəcan, oyanıqlıq, qorxu, əsəbilik, gərginlik, qeyri-stabil emosional halları (o cümlədən hamilə qadınlarda hormonal fonun dəyişməsi nəticəsində yaranan) azaldır. Normal yuxu fəaliyyətini təmin edir. Bitkinin diuretik (sidikqovucu) effekti hamiləlik dövründə ödemlər zamanı, işlədici xüsusiyyəti isə qəbizlik zamanı çox faydalıdır.

Maqnezium bütün hüceyrələrin maddələr mübadiləsində iştirak edən və normal fəaliyyəti üçün vacib elementdir. Fizioloji nöqteyi nəzərdən Mg hüceyrədaxili kation hesab edilir. Maqnezium oksid mədə şirəsinin turşuluğunu azaldır, antasid təsir göstərir, bağırsaq peristaltikasını stimulə edir, köp və qəbizliyi aradan qaldırır. Təbii trankvilizator və antistress mineralıdır. Mg ionları neyronların oyanıqlığını azaldır, sinir sistemini sakitləşdirir, əsəbi gərginliyi aradan qaldırır. Əzələlərdə ion balansını bərpa edir, fermentativ reaksiyalarda, sinir impulslarının ötürülməsində və əzələ yığılmalarında (əzələ spazmını aradan qaldırır) iştirak edir. Spazmolitik və antiaqreqant xüsusiyyətinə malikdir. Maqnezium B6 vitaminin qeyri-aktiv formasından aktiv formasına çevrilməsini təmin edir. Mg defisiti orqanizmdə tremor, əzələ spazmı, tetaniya, ataksiya, yüksək reflektor oyanıqlıq, yuxu pozğunluğu və mədə-bağırsaq pozğunluğu kimi patologiyaların əmələ gəlməsinə səbəb olur.

  1.  vitamini (piridoksin) koferment kimi bütün metabolik proseslərdə iştirak edir, maddələr mübadiləsinin tənzimlənməsində mühüm rol oynayır. Zülal, fermentlər və hemoqlobin sintezində iştirak edir. B6 vitamini qıcıqların qusma mərkəzinə ötürülməsini tormozlayır. Hamiləlik dövründə öyümə və qusmanı, psixoloji gərginlik, depressiya, qıcolma, əsəbilik, yuxusuzluq kimi simptomları aradan qaldırır. Həmçinin, nəqliyyat vasitələrindən (avtomobil, gəmi, təyyarə) istifadə zamanı ürəkbulanmanın və başgicəllənmənin qarşısını alır. Piridoksin bağırsaqdan maqneziumun sürətli sorulmasını və hüceyrələrdə toplanmasını aşanlaşdırır. Mərkəzi və periferik sinir sisteminin formalaşmasını və normal fəaliyyətini təmin edir. Serotonin və noradrenalin sintezini stimulə edir, əhval-ruhiyyəni artırır, psixoloji gərginlik, depressiya, qıcolma, əsəbilik, yuxusuzluq kimi simptomları aradan qaldırır, düşüncə, qavrama və digər koqnitiv funksiyaları yaxşılaşdırır.

İstifadəsinə göstərişlər

Aşağıda qeyd olunan xəstəliklərin kompleks müalicə və profilaktikasında tövsiyə olunur:

- Mədə-bağırsaq sisteminin xəstəlikləri (reflüks ezofagit, qastrit, duodenit və s.)

- Dispepsiya əlamətləri zamanı (köp, gəyirmə, qıcqırma, sancı, qəbizlik)

- Nəqliyyatdan (avtomobil, gəmi, təyyarə) istifadə zamanı ürəkbulanma və qusma

- Endokrin xəstəliklərin kompleks müalicəsi zamanı (şəkərli diabet, piylənmə və s.)

- Müxtəlif xəstəliklər zamanı yaranan immunodefisit vəziyyət

- Müxtəlif mənşəli ürəkbulanma və qusma

- Hamiləlik dövründə həzm pozğunluğu

- Hamiləlik toksikozları

 

Əks göstərişlər: Məhsulun tərkibində olan hər hansı bir komponentə qarşı fərdi həssaslıq.

 

İstifadə qaydası və dozası

Zintoks tablet gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl su ilə daxilə qəbul olunur.

Doza və müalicənin müddəti həkim tərəfindən fərdi olaraq müəyyən olunur.

Həkim tərəfindən başqa cür təyin edilməyibsə aşağıdakı dozalarda istifadə edin.

4-14 yaş arası uşaqlar: ½ tablet gündə 3 dəfə

14 yaşdan yuxarı uşaqlar və böyüklər: 1 tablet gündə 3 dəfə

Hamilə qadınlar: 1 tablet gündə 3 dəfə

Doza və qəbul qaydası həkim tərəfindən tənzimlənə bilər.

Nəqliyyatdan istifadə zamanı yaranan ürəkbulanma və qusmanın qarşısını almaq məqsədilə Zintoks tablet nəqliyyat vasitəsinin istifadəsindən 30 dəqiqə əvvəl qəbul olunmalıdır.

 

Buraxılış forması

30 tablet, blisterlərdə. 2 blister (2x15), içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

 

İstehsalçı: ValueMed Pharma S.r.l., San Marino.

bottom of page