top of page
Сортировка Медицина

FEMİNES     

Antibakterial, Antifunqal, Antiprotozoy, İltihab və ağrı əleyhinə intravaginal vasitə

femines.png
brochure.png

Beynəlxalq patentləşdirilməmiş adı: Metronidazole+Neomycin Sulfate+Nystatin+Hydrocortisone

 

Tərkibi

   Təsiredici maddə:   1 vaginal şamın tərkibində 500 mq metronidazol, 100 mq neomisin

                                   sulfat, 100 000 BV nistatin, 5 mq hidrokortizon asetat vardır.

Köməkçi maddələr: bərk yağ.

 

Təsviri

Sarı rəngli, hamar homogen şamlardır.

 

Farmakoterapevtik qrupu

İnfeksiyaəleyhinə və antiseptik vasitələr, kortikosteroidlərlə kombinasiyada.

ATC kodu: G01B.

 

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası

Femines vaginal şamlarının tərkibi protozoal və ya mikrob infeksiyaları ilə əlaqəli vaginal və ya vulvovaginal iltihab xəstəliklərinin müalicəsində eyni zamanda təsir göstərmələri üçün hazırlanmış dörd aktiv komponentdən ibarətdir. Femines preparatının ilk maddəsi olan Metronidazol, Trichomonas vaginalis kimi vaginal protozoal infeksiyaların profilaktikası və müalicəsi üçün effektiv bir vasitədir. O həmçinin Bacteroids spp., Gardnerella vaginalis, Mobiluncus spp. və Peptostreptococcus spp. kimi bir çox anaerob mikroorqanizmlərə qarşı bakterisid təsir göstərir. Femines preparatının ikinci maddəsi olan Neomisin, müxtəlif qrammənfi və qrammüsbət bakteriyaların çoxuna qarşı yüksək effektiv və təsdiq edilmiş bakterisid təsiri ilə məlum olan aminoqlikozid antibiotikdir. Femines preparatının üçüncü maddəsi olan Nistatin, Candida növləri də daxil olmaqla, maya və mayaya bənzər göbələklərin çoxuna qarşı fungistatik təsiri ilə məlum olan antifungal (göbələkəleyhinə) antibiotikdir. Femines preparatının dördüncü maddəsi olan Hidrokortizon, minimal əlavə təsirlərə malik olan və tez təsirli antiallergik, qaşınmaəleyhinə və iltihabəleyhinə təsir göstərən bir kortikosteroiddir.

Vaginal şamlar formasında Femines preparatı infeksiyalar zamanı müşahidə edilən qaşınma və yanma hissini sürətli simptomatik yüngülləşdirmə üstünlüyünə malikdir. Buna görə də, Femines geniş terapevtik təsirləri, eləcə də pasiyent məmnuniyyətini təmin edir. Bundan əlavə, vaginal şamlar formasındada Femines preparatı inqrediyentlərinin zəif sistem absorbsiyası ilə vaginada lokal olaraq təsir etməsi səbəbindən olduqca təhlükəsizdir.

Farmakokinetikası

Femines vaginal şamları minimum sistem absorbsiyası ilə yerli olaraq təsir göstərir.

 

İstifadəsinə göstərişlər

Vaginal şamlar formasında Femines preparatı aşağıda qeyd edilmiş müxtəlif səbəblərdən yaranan vaginitlərin müalicəsində yüksək dərəcədə effektivdir:

  • Xüsusilə kandidoz və ya bakterial infeksiyaya şübhə olduqda, vaginada və vulvada qaşınma və yanma hissi ilə müşayiət olunan leykorreya.

  • Anaerob bakteriyalar tərəfindən yaranan hallar da daxil olmaqla (anaerob vaginozlar) bakterial vaginitlər.

  • Trixomonad vaginiti.

  • Vaginal və ya vulvovaginal kandidozlar.

  • Trichomonas vaginalis, göbələklər və/və ya bakteriyalar tərəfindən yaranan qarışıq vaginal infeksiyalar.

 

Əks göstərişlər

Preparatın hər hansı komponentlərinə qarşı yüksək həssaslıq halları.

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Ağır yerli qıcıqlanma və ya həssaslıq reaksiyaları yarandığı hallarda, müalicəni dayandırın və həkiminizlə məsləhətləşin.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Uşaqlıq yolu ilə tətbiq edildikdən sonra komponentlərin zəif sistemli absorbsiyasına görə, digər dərman vasitələri ilə qarşılıqlı təsir reaksiyalarının yaranma ehtimalı minimaldır.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Femines vaginal şamlarının hamiləlik və laktasiya dövrü istifadəsi tövsiyə edilmir.

 

Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Müalicə dövründə nəqliyyat idarə etməkdən və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olmaqdan çəkinmək lazımdır.

 

İstifadə qaydası və dozası

Femines vaginal şamları, gündə bir dəfə (yataq vəziyyətində) və ya gündə iki dəfə ardıcıl 5-10 gün ərzində və ya həkim tərəfindən təyin edildiyi müddət ərzində vaginaya dərinə daxil edilməlidir. Müalicə zamanı menstruasiya baş versə belə, tövsiyə olunan müddətə davam etdirilməlidir. 

 

Əlavə təsirləri

Femines vaginal şamları təhlükəsizdir və yaxşı mənimsənilir. Nadir hallarda, müalicənin əvvəlində keçici xarakterli yerli qaşınma və vaginal qıcıqlanma meydana gələ bilər.

 

Doza həddinin aşılması

Preparatın intravaginal istifadəsi zamanı doza həddinin aşılması barədə məlumat yoxdur. Sistem əlavə təsirləri intravaginal metronidazolun birgə peroral metronidazol ilə qəbulu zamanı müşahidə olunur.

Vaginal suppozitoriyaların qəflətən daxilə yüksək miqdarda qəbulu zamanı mədənin yuyulması aparıla bilər. Doza həddinin aşılmasının hər hansı bir simptomu meydana çıxarsa simptomatik və saxlayıcı terapiyanın aparılması tövsiyə olunur. 

 

Buraxılış forması

5 vaginal şam, PVC-PE stripdə. 2 strip, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

 

Saxlanma şəraiti

25ºС temperaturdan yüksək olmayan, işıqdan qorumaqla və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

 

Yararlılıq müddəti

3 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

 

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

 

İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi

Faraonia Farmaseytikals (Faro Farma).

3rd Industrial zone, Block 16, Part I, New Borg El Arab city, İsgəndəriyyə, Misir.

bottom of page