FLEKSİFORS (FLEXIFORCE) gel
100 ml gelin tərkibində:
Təsiredici maddələr:
• Qlükozamin sulfat - 1,50 qr
• Xondroitin sulfat - 1,20 qr
• Hidrolizə edilmiş kollagen - 1,0 qr
• MSM – metilsulfonilmetan - 0,5 qr
• Təbii kamfora – 0,5 qr
• İstiotlu nanə yağı - 0,5 qr
• Lavanda yağı - 0,2 qr
• Evkalipt yağı - 0,2 qr
Köməkçi maddələr:
Su, karbopol, aknibio, neytral spirt, E vitamini asetat, natrium hidroksid, ksantan qətranı, EDTA, natrium metabisulfit E 223
FLEKSIFORS gel yerli ağrıkəsici, iltihabəleyhinə təsir göstərir, həmçinin, qığırdaq toxumasının regenerasiyasını stimulə edir. Fleksifors gel zədələnmiş oynaqlarda iltihab və ağrının intensivliyini azaldır.
Fleksifors gel - kombinə olunmuş preparatdır, təsirləri tərkibnə daxil olan komponentlərin aktiv təsirləri ilə əlaqədardır.
Farmakoloji xüsusiyyətləri:
Qlükozamin - birləşdirici toxumanın əsas struktur materialıdır. O əsasən, oynaq qığırdaqlarında, bağlarda, vətərlərdə, damarların divarında, bronxlarda, dəridə və selikli qişalarda çoxluq təşkil edir. Qlükozamin HCl yüksək biomənimsənilməyə malikdir. Dəri səthinə sürtüldükdə toxumalara yaxşı sorulur, qlükozaminlə bağlı vacib komponentlərin sintez olunduğu qığırdaq və digər toxumalarda toplanır. Təbii metabolit kimi qığırdaq toxumalarını qoruyur və regenerasiyasında iştirak edir. Orqanizmdə xondrositlər tərəfindən proteoqlikanların və qlükozaminoqlikanların sintezi üçün istifadə olunur.
Xondroitin - mukopolisaxarid təbiətli maddədir- qığırdağın spesifik komponentidir. Əsasən, sümük və qığırdaq toxumalarında yerləşir. Oynaqlarda qığırdaq toxumasının sturuktur və funksiyalarını pozan fermentləri blokada etməklə qığırdaq toxumasının sturukturunun degenerasiya proseslərini tormozlayır. Qlükozaminqlükan sintezini stimulə etməklə oynaq səthinin və oynaq kisəsinin regenerasiyasını sürətləndirir. Qığırdaq toxumasının bərpa prosesini sürətləndirir, degenerasiyasını tormozlayır və oynaq qığırdağının və zədələnmiş fəqərəarası disklərin regenerasiyasını stimulə edir. Oynaq səthləri üçün özünəməxsus sürtgü rolunu oynayır. Hialin toxumasında mübadiləni və oynaq mayesinin yaranmasını normallaşdırır. Oynaq mayesinin sintezini sürətləndirməklə zədələnmiş oynaqların hərəkətliliyini artırır. Bundan əlavə, xondroitin sulfat sümük toxumasının formalaşmasında da iştirak edir. Eyni zamanda damar divarının möhkəmliyini və elastikiliyini təmin edir. Sümük toxumasının rezorbsiyasını ləngidir və kalsiumun itirilməsini azaldır, nəticədə osteoporozların inkişafını tormozlayır. Oynaqlarda iltihabi prosesləri aradan qaldırmaqla ağrıkəsici təsir göstərir, QSİƏP-lərə tələbatı azaldır. Oynaqların sinovial mayesinə asanlıqla penetrasiya edir. Ağrıkəsici və iltihabəleyhinə xüsusiyyətlərə malikdir.
Kollagen - birləşdirici toxuma və lifli qığırdaq toxumasının sintezi üçün vacib zülali maddədir, qığırdaq toxumasının hüceyrəarası maddəsinin əsas elementidir. Kollagen toxuma matriksinin tamlığını bərpa edir, toxumaya dolğunluq verir. Sinovial mayenin hialuron turşusundan sonra 2-ci əsas komponenti hesab edilir. Kollagen çatışmazlığı zamanı qığırdaq toxuması öz elastikliyini və möhkəmliyini itirir, kövrək olur, lifli quruluşu pozulur.
Metilsulfonilmetan – təbii üzvi kükürd birləşməsidir, əsas kükürd tərkibli aminturşuların, sadə və mürəkkəb zülalların, fermentlərin, orqanizmin digər həyati vacib bioloji substratlarının tərkibinə daxildir.
Mentol – yerli istifadə zamanı sinir uclarının qıcıqlanmasına, nəticədə sərinlik hissi, yüngül yanğı və iynəbatma hissinin yaranmasına səbəb olur. Yüngül yerli ağrıkəsici, həmçinin, yüngül antiseptik xüsusiyyətlərə malikdir.
Kamfora – yerli olaraq qan dövranını və toxumaların qanla təchizatını yaxşılaşdırır, iltihabəleyhinə və ağrıkəsici təsir göstərir,
Evkalipt yağı - bitki mənşəli maddədir. Yerli istifadə olunduqda yerli qıcıqlandırıcı və ağrıkəsici təsir göstərir. Yerli anesteziya edici təsirinə görə dəridə qaşınmanı azaldır.
Lavanda yağı - bitki mənşəli maddədir. Yalnız yerli istifadə olunur. Əzələ, oynaq və sümük ağrılarında ağrıkəsici təsir göstərir. Həmçinin, aromaterapiya qismində ağrı hissinin səbəb olduğu stresin azalmasına səbəb olur.
Göstərişləri:
• Revmatik ağrılar, artralgiya
• Burxulma və dartılmalar
• Nevralgiya, lyumbaqo, işias
• Mialgiya, miozit, fibromialgiya
• Osteoartroz (birincili və ikincili, koksartroz, qonartroz və s.)
• Artritlər, revmatoid artiti, poliartrit, periartrit
• Osteoxondroz
• Spondilyoz, spondiloartroz
• Onurğanın degenerativ – distrofik xəstəlikləri
• Əzələ, oynaq və oynaqətrafı yumşaq toxumaların travmaları
• Zədələr, dartılmalar
• Əməliyyatdan və travmadan sonrakı vəziyyətlət
• Oynaqlarda aparılan əməliyyatlardan sonrakı reabilitasiya zamanı
İstifadə qaydası: Böyüklər və 12 yaşdan yuxarı uşaqlar:zədələnmiş nahiyəyə yerli olaraq gündə 2-3 dəfə nazik qatla dairəvi hərəkətlərlə yeridilir. .
Əks göstərişlər:
Tərkibdəki komponentlərə qarşı həssaslıq, hamiləlik və südvermə dövrü
Buraxılış forması:
100 ml gel tübdə
İstehsalçı:
İnalme, İtaliya