top of page
Сортировка Медицина

ANDOPOKSETİN (Andropoxetine)

tablet

brochure.png
WhatsApp Image 2022-10-05 at 13.20_edited.png

ANDOPOKSETİN     30 mq; 60 mq örtüklü tabletlər

ANDOPOXETINE

Beynəlxalq patentləşdirilməmiş adı : Dapoxetine

 

Tərkibi

Təsiredici maddə:   1 tabletin tərkibində  30 mq və ya 60 mq dapoksetinə ( dapoksetin hidroxlorid

                                 şəkilində) vardır.

Köməkçi maddələr: laktoza monohidrat ( qurudulmuş sprey), mikrokristallik sellüloza (Avisel

                                 PH 102), natrium kroskarmelloza, kolloidal silisium dioksid, maqnezium

                                 stearat.

Örtük:                 30 mq- hidroksipropilmetilsellüloza E5, polietilenqlikol 6000,

                            titan dioksid, edikol, xinolin sarısı (47005).

                            60 mq – hidroksipropilmetilsellüloza E15, polietilenqlikol 6000,

                            titan dioksid.

 

Təsviri

30mq örtüklü tabletlər bir tərəfində kiçik “a” hərfi həkk olunmuş, hər iki tərəfi qabarıq sarı rəngli dairəvi örtüklü tabletlərdir.

60 mq örtüklü tabletlər bir tərəfində  kiçik “a” hərfi həkk olunmuş, hər iki tərəfi cüzi qabarıq ağ rəngli dairəvi örtüklü tabletlərdir.

 

Farmakoterapevtik qrupu

Uroloji vasitə.

ATC kodu: G04BX14.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası

 Dapoksetin İC50 1,12nM-a malik serotoninin geriyə tutulmasının güclü selektiv inhibitorları (SGTSİ) olduğu halda, onun əsas metabolitləri olan desmetildapokse-tin (IC50 < 1,0 nM) və didmetildapoksetin (IC50 = 2,0 nM) ekvivalent və ya zəif güclüdürlər  (dapoksetin-N-oksid (IC50 = 282 nM)).İnsanın eyakulyasiya mexanizmi əsasən simpatik sinir sistemi ilə tənzimlənir. Eyakulyator yollar ilkin olaraq beyindəki nüvələrin (medial preoptik və paraventrikulyar nüvələr) beyin kötüyünə təsiri vasitəsilə onurğa beyni reflektor mərkəzindən başlayır. Erkən eyakulyasiya zamanı dapoksetinin təsir mexanizmi neyromediatorların pre-və postsinaptik reseptorlara təsirinin artması nəticəində serotoninin neyronal geriyə tutulmasının inhibə edilməsi ilə əlaqədardır. 

Farmokokinetinaksı

Sorulması

Dapoksetin sürətlə sorulur və tabletlərin qəbulundan təxminən 1-2 saat sonra maksimum plazma konsentrasiyalarına (Cmax) malik olur. Mütləq biomənimsənilmə 42% (15−76% aralığı) təşkil edir. Birdəfəlik peroral olaraq acqarına dapoksetinin 30 mq və 60 mq dozada qəbulundan sonra maksimal konsentrasiyaları uyğun olaraq 297nq/ml və 498 nq/ml təşkil etmişdir. Çox dəfəlik dozanın qəbulundan sonra, həm dapoksetin, həm də aktiv metabolit desmetildapoksetin (DED) üçün AUC göstəriciləri birdəfəlik dozanın qəbulunun AUC göstəriciləri ilə müqayisədə təxminən 50% yüksəlmişdir.

Yağlı qidaların qəbulu dapoksetinin Cmax-nı orta səviyyədə azaldır (10%) AUC-u isə artırır (12%) və cüzi olaraq, dapoksetinin maksimal plazma konsentrasiyasına çatmasını gecikdirir.

Bu dəyişikliklər klinik olaraq əhəmiyyət kəsb etmir. Andopoksetin qida ilə birlikdə və ya qidasız qəbul edilə bilər.

Paylanması

Dapoksetinin 99%-dən çoxu in vitro insanın plazma zülallarına birləşmiş olur. Aktiv metabolit olan desmetildapoksetin (DED) 98.5% zülallarla birləşir. Dapoksetinin orta stabil paylanma həcmi 162 L təşkil edir.

Biotransformasiyası:

In vitro tədqiqatlar dapoksetinin bir çox qaraciyər və böyrək fermentləri ilə, əsasən CYP2D6, CYP3A4, və flavin monooksigenaza (FMO1) fermentləri ilə metabolizə uğradığını göstərir. 14C−dapoksetinin metabolizmi öyrənilən klinik tədqiqatlarda, dapoksetinin peroral istifadədən sonra əsasən aşağıda qeyd edilmiş biotransformasiya yolları ilə çoxsaylı metabolitlərə qədər metabolizə olunduğu göstərilmişdir: N−oksidləşmə, N−dimetilləşmə, naftil qrupların hidroksilləşməsi, qlükuronilləşmə və sulfirləşmə. Peroral istifadə edildikdən sonra qarciyərdə presistem metabolizminin ilk əlamətləri müşahidə edilmişdir.

İntakt dapoksetin və dapoksetin-N-oksid plazmada dövr edən əsas komponentlərdir. In vitro tədqiqatlarda dapoksetin-N-oksidin inaktiv olduğu göstərilmişdir. Desmetildapoksetin və didesmetildapoksetin kimi əlavə metabolitlər plazmada ümumi dövr edən dərmanla-əlaqəli maddələrin 3%-dən azını təşkil edir. İn vitro tədqiqatlarda dismetildapoksetinin aktivliyə görə  dapoksetinlə müqayisə olunduğu göstərilmişdir və dismetildapoksetin dapoksetinin 50% -lik potensialına (aktivliyinə) malikdir. Dapoksetinin birləşməmiş AUC və Cmax-ı təxminən 50% və 23%, təşkil edir.

Eliminasiyası (xaric olması)

Dapoksetinin metabolitləri konyuqatlar şəklində əsasən sidiklə xaric olunur.  Sidikdə dəyişilməmiş aktiv maddə aşkar edilməmişdir. Peroral istifadə edildikdən sonra dapoksetinin ilkin (dispozisiya) yarımxaricolma dövrü 24 saat ərzində maksimal konsentrasiya 5%-dən aşağı olduğu halda təxminən 1,5 saat təşkil edir, və son yarımxaricolma dövrü təxminən 19 saatdır. Desmetildapoksetinin son yarımxaricolma dövrü təxminən 19 saatdır.

Xüsusi populyasiyada farmakokinetika

Desmetildapoksetinin metabolitləri xüsusilə, onun təsirləri artdığı halda Andopoksetinin farmakoloji effektlərinə malik olur. Aşağıda bəzi populyasiyalar üçün aktiv fraksiya parametrlərinin yüksəlməsi göstərilmişdir. Bu birləşməmiş dapoksetin və dezmetildapoksetiniin ekspozisiyasının cəmidir. Dismetildapoksetin aktivliyə görə dapoksetinlə müqayisə olunur. Qiymətləndirməyə əsasən Dismetildapoksetinin MSS-də bərabər paylanması ehtimal olunur, lakin bu vəziyyətin olub-olmaması məlum deyil.

İrqlər

Dapoksetinin 60 mq dozada birdəfəlik qəbulu qafqazlılarda, avropalılarda, neqroid irqinin nümayəndələrində, latınamerikalılar və asiya irqindən olan şəxslərdə dəqiq  statistik göstərici aşkar etməmişdir. Dapoksetinin farmakokinetikasının avropalılar və  yaponlar arasındakı müqayisəsi, ikincidə  bədən  çəkisinin  az  olması  ilə  əlaqədar (10-20%) Cmax və AUC  daha  yüksək  fərq  vermişdir.

Daha yüksək səviyyəli sistem təsir çox güman ki, əhəmiyyətli dərəcədə klinik effekt fərqi  verməyəcək.

Yaşlılar (65 yaş və ondan yuxarı yaş qrupu):

Birdəfəlik 60 mq dapoksetin dozasının qəbulunun klinik farmakologiyasnın tədqiqatlarının analizi zamanı sağlam yaşlı kişilərlə sağlam cavan kişilər arasında farmakokinetik parametrlərdə (Cmaks), (AUCinf ), (Tmaks) əhəmiyyətli dərəcədə fərqlərin olmadığı göstərilmişdir. Bu yaş qrupunda preparatın istifadəsinin effektivliyi və ya təhlükəsizliyi öyrənilməmişdir

Böyrək çatışmazlığı

Böyrək funksiyasının azalması ilə Dapoksetinin AUC-da artım müşahidə edilməmişdir. Kəskin böyrək zədələnmələrinə dair məhdud məlumatların olmasına baxmayaraq, normal böyrək funksiyalarına malik pasiyentlərlə müqayisədə kəskin böyrək zədələnmələrinə malik pasiyentlərdə AUC təxminən 2 dəfə çox olmuşdur.

Dapoksetinin farmakokinetikası böyrək dializini tələb edən pasiyentlərdə dəyərləndirilməmişdir

Qaraciyər çatışmazlığı

Yüngül dərəcəli qaraciyər çatışmazlığı olan pasiyentlərdə dapoksetinin birləşməmiş Cmaks-ı 28% azalmışdır və birləşməmiş AUC isə dəyişməmişdir. Aktiv fraksiyanın (birləşməmiş dapoksetinin və desmetildapoksetinin cəmi) birləşməmiş Cmaks-ı və AUC-u uyğun olaraq 30% və 5% azalmışdır. Orta dərəcəli qaraciyər çatışmazlığı olan pasiyentlərdə dapoksetinin birləşməmiş Cmaks-ı əhəmiyyət kəsb edəcək dərəcədə dəyişməmişdir (3% azalma) və birləşməmiş AUC isə 66% artmışdır. Aktiv fraksiyanın birləşməmiş Cmaks-ı klinik əhəmiyyət kəsb edəcək dərəcədə dəyişməmişdir və AUC-u isə ikiqat olmuşdur. Ağır dərəcəli qaraciyər çatışmazlığı olan pasiyentlərdə dapoksetinin birləşməmiş Cmaks-I 42% azalmış və birləşməmiş AUC-u isə təxminən 223% artmışdır. Aktiv fraksiyanın Cmaks və AUC-nun oxşar dəyişiklikləri qeyd edilmişdir

CYP2D6 Polimorfizm

60 mq dapoksetinin sadə dozasının klinik farmakologiyası tədqiqatlarında zəif CYP2D6 metabolizatorlarında plazma konsentrasiyaları aktiv CYP2D6 metabolizatorlarına nisbətən yüksək olmuşdur (təxminən dapoksetinin Cmax üçün 31% və AUCinf üçün 36%, desmetildapoksetinin Cmax üçün 98% və AUCinf üçün 161% yüksək olmuşdur). Dapoksetinin aktiv fraksiyası Cmaks-da təxminən 46% və AUC-da təxminən 90% yüksələ bilər. Bu yüksəlmələr dozadan-asılı əlavə təsirlərin yaranma tezliyinin və şiddətinin artması ilə nəticələnə bilər. Dapoksetinin təhlükəsizliyi zəif CYP2D6 metabolizatorlarına malik pasiyentlərdə dapoksetinin metabolizmini inhibə edə bilən orta və potent CYP3A4 inhibitorları kimi digər dərman preparatlarının yanaşı tətbiqi zamanı şübhə doğura bilər.

 

İstifadəsinə göstərişlər

Andopoksetin 18-64 yaş arası yetkin kişilərdə tez boşalmanın (TB) (erkən eyakilyasiyanın) müalicəsi üçün göstərişdir.

Andopoksetin yalnız aşağıda qeyd edilmiş meyarların hamısı müşahidə edilən pasiyentlərə təyin edilməlidir:

  • İntravaginal eyakulyator latentlik müddəti (İELM) iki dəqiqədən azdırsa;

  • Penetrasiyadan əvvəl, penetrasiya müddəti və ondan sonra qısa müddət ərzində və pasiyentin istəyindən əvvəl minimal cinsi stimulyasiya zamanı davam edən və ya qayıdan eyakulyasiya.

  • Tez boşalma nəticəsində müəyyən olunan şəxsi iztirab və ya fərdlər arası çətinliklər.

  • Boşalma üzərində zəif nəzarət

  • Erkən eyakulyasiya (tez boşalma) halları cinsi əlaqələrin çoxunda 6 ay əvvəldən başlayır.

Andopoksetin erkən eyakulyasiya diaqnozu təyin edilməmiş şəxslərə eyakulyasiyanın gecikdirilməsi məqsədilə təyin edilməməlidir.

 

Əks göstərişlər

Preparatın inqrediyentlərə hər hansı birinə qarşı hiperhəssaslıq hallarında preparatın istifadəsi əks göstərişdir.

Aşağıda qeyd edilmiş məlum patoloji ürək xəstəlikləri:

  • Ürək çatışmazlığı (NYHA əsasən  II-IV sinif  ürək çatışmazlıqları)

  • Atrioventrikulyar blokada kimi ürək keçiriciliyinin pozulmaları və ya sinus düyününün zəifliyi sindromu

  • Ürəyin işemik xəstəliyi

  • Ürək qapaq xəstəlikləri (ürək qapaqlarının xəstəlikləri)

  • Anamnezində bayılma olanlar.

  • Maniya və ya ağır depresiya halları.

Preparatın monoamin oksidaza inhibitorları (MAOİ) ilə yanaşı istifadəsi, və ya monoamin oksidaza inhibitorları (MAOİ) ilə müalicə dayandırıldıqdan sonra 14 gün ərzində istifadəsi əks göstərişdir. Eyni zamanda, monoamin oksidaza inhibitorları (MAOİ) da Andopoksetinin istifadəsi dayandırıldıqdan sonra 7 gün ərzində istifadə edilməməlidir.

Preparatın tioridazinlə yanaşı istifadəsi, və ya tioridazinlə müalicə dayandırıldıqdan sonra 14 gün ərzində istifadəsi əks göstərişdir. Eyni zamanda, tioridazin də Andopoksetinin istifadəsi dayandırıldıqdan sonra 7 gün ərzində istifadə edilməməlidir.

Serotoninin geriyə tutulmasının inhibitorları [serotoninin geriyə tutulmasının selektiv inhibitorları (SGTSİ), serotonin−norepinefrinin geriyə tutulması inhibitorları (SNGTİ), trisiklik antidepressantlar (TSA)] və ya digər serotoninergik təsirlərə malik dərman/herbal preparatlarla [məs., L−triptofan, triptanlar, tramadol, linezolid, litium, dazıotu tərkibli preparatlarla (Hypericum perforatum)] yanaşı müalicə və ya bu dərman/herbal preparatlarla müalicə dayandırıldıqdan sonra 14 gün ərzində Andopoksetin preparatının istifadəsi əks göstərişdir. Eyni zamanda, bu dərman/herbal (bitki tərkibli) preparatlar da Andopoksetinin istifadəsi dayandırıldıqdan sonra 7 gün ərzində istifadə edilməməlidir

Ketokonazol, itrakonazol, ritonavir, sakvinavir, telitromisin, nefazadon, nelfinavir, atazanavir, və s. kimi potent CYP3A4 inhibitorları ilə yanaşı müalicə.

Orta və ya ağır dərəcəli qaraciyər çatışmazlıqları.

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Ümumi tövsiyələr

Andopoksetin yalnız erkən eyakulyasiya vəziyyəti ilə yanaşı  bütün hallar müəyyən edilmiş  pasiyentlərdə istifadə üçün göstərişdir.

Andopoksetin erkən eyakulyasiya (tez boşalma) diaqnozu qoyulmamış pasiyentlərə təyin edilməməlidir. Erkən eyakulyasiya müəyyən edilməmiş pasiyentlərdə preparatın istifadəsinin təhlükəsizliyi öyrənilməmişdir və eyakulyasiyanın-gecikdirilməsi təsirlərinə dair məlumatlar mövcud deyil.

Cinsi disfunksiyaların digər formaları:

Müalicəyə başlamazdan əvvəl, erektil disfunksiya da daxil olmaqla, digər cinsi disfunksiyalara malik şəxslər həkimlər tərəfindən diqqətlə araşdırılmalıdır.

PDE5 inhibitorlarından istifadə edən erektil disfunksiyalı (ED) kişilərdə Andopoksetin istifadə edilməməlidir

Ortostatik hipotenziya

Müalicəyə başlamazdan qabaq həkim tərfindən pasiyentlər üzərində ortostatik hallar da daxil olmaqla dəqiq tibbi müayinə həyata keçirilməlidir. Ortostatik test preparatla müalicəyə başlamazdan qabaq həyata keçirilməlidir (qan təzyiqi və nəbz sürəti, uzanmış və ya ayaqüstü vəziyyətlərdə). Anamnezində ortostatik reaksiyalar qeyd edilmiş və ya ortostatik reaksiyalara məruz qalan pasiyentlərdə Andopoksetinin istifadəsindən qaçınılmalıdır.

Resept yazan şəxs əvvəlcədən pasiyenti ayağa durduqdan sоnra başhərlənməsi kimi mümkün prоdrоmal vəziyyətlərlə qarşılaşdığı halda simptomların keçməsinə qədər dərhal uzanaraq başını bədəninin qalan hissəsindən aşağı tutması və ya başını dizləri arasında qoyaraq oturması barədə məlumatlandırmalıdır. Resept yazan şəxs pasiyenti uzunmüddətli uzandıqdan və ya oturduqdan sonra cəld qalxmamasına dair məlumatlandırmalıdır.

İntihar/intihar düşüncələri

Serotoninin geriyə tutulmasının selektiv inhibitorlaı da daxil olmaqla antidepressantların plasebo qrupu ilə müqayisədə qısa-müddətli tədqiqatlar zamanı ağır depressiv pozğunluğu və digər psixiatrik xəstəlikləri olan uşaqlarda və yeniyetmələrdə intihar düşüncələri və intihar halları riskini artırdığı göstərilmişdir. Qısa müddətli tədqiqatlarda 24 yaşdan yuxarı olan yetkinlərdə plasebo ilə müqayisədə antidepresanlarla intihar riski artmamışdır.

Sinkop (bayılma)

Sinkop və ya onun başgicəllənmə və ya baş ağrısı kimi prodromal simptomlarının yaranma ehtimalına görə pasiyentlər təhlükəli maşınları sürmə və ya idarə etmə də daxil olmaqla, zədələnmənin baş verə biləcəyi vəziyyətlərdən qaçınmaq üçün xəbərdar edilməlidir

Plasebo ilə müqayisədə dapoksetin ilə müalicə olunan pasiyentlərdə tez-tez ürəkbulanma, başgicəllənmə / başhərlənmə və diaforez kimi mümkün prodromal simptomlar qeyd edilmişdir.

Pasiyentlər Andopoksetinlə müalicə müddətində prodromal simptomların olub – olmamasından asılı olmayaraq istənilən anda sinkopla qarşılaşa biləcəklərinə dair xəbərdar edilməlidirlər. Resept yazan şəxslər pasiyentləri adekvat hidratasiyanın saxlanmasının vacibliyi və şüurun itirilməsi ilə əlaqədar olaraq,  ciddi zədələnmələrin azaldılması məqsədilə prodromal əlamətləri və simptomları necə müəyyənləşdirmələri barədə məlumatlandırmalıdırlar. Pasiyent mümkün prodromal simptomlar müşahidə etdiyi halda, o simptomların aradan qalxmasına qədər dərhal uzanaraq başını  bədənin digər hissələrindən aşağı tutması və ya oturaraq başını dizləri arasında saxlaması barədə məlumatlandırılmalıdır və eləcə də, pasiyentlər sinkop və ya mərkəzi sinir sistemində digər əlavə təsirlərin yaranma ehtimalına görə  təhlükəli maşınları sürmə və ya idarə etmə də daxil olmaqla zədələnmələrlə nəticələnə biləcək fəaliyyətdən qaçınmalarına dair xəbərdar edilməlidirlər.

Ürək-damar risk faktorları olan pasiyentlər

Struktural ürək-damar xəstəliklərinə məruz qalmış pasiyentlərdə (məs, axın obstruksiyası təyin edilmiş, ürək qapaqlarının xəstəlikləri, yuxu arteriyasının stenozu və koronar arteriya xəstəliyi olan pasiyentlərdə) sinkop nəticəsində (ürək sinkopu və digər səbəblərdən yaranan sinkop) ürək-damar sistemində mənfi təsirlərin yaranma riski artır. Ürək-damar xəstəliklərinə məruz qalan pasiyentlərdə bu artmış risklərin vazovaqal sinkopa qədər davam etməsini müəyyənləşdirmək üçün kifayət qədər məlumat yoxdur.

Serotoninergik təsirlərə malik dərman preparatları ilə yanaşı istifadəsi

Pasiyentlərə Andopoksetini serotoninergik təsirlərə malik preparatlarla kombinə şəklində istifadə etməmələri tövsiyə edilməlidir.

Ketamin, metilendioksimetamfetamin (MDMA) və lizergik turşusunun dietilamidi (LSD) kimi serotoninergik aktivliyə malik dərman vasitələri ilə Andopoksetinin kombinə şəklində istifadəsi potensial ciddi reaksiyalara yol aça bilər. Bu reaksiyalara aşağıdakılarla məhdudlaşmayan aritmiya, hipertermiya və serotonin sindromu daxildir. Narkotiklər və benzodiazepinlər kimi sedativ xüsusiyyətlərə malik dərman vasitələri ilə Andopoksetinin istifadəsi sonradan yuxululuğu və başgicəllənməni daha da artıra bilər.

Etanol

Pasiyentlərə Andopoksetini alkoqol ilə eyni vaxtda istifadə etməmələri tövsiyə edilməlidir.

Alkoqolun dapoksetinlə kombinasiyası alkoqolla-əlaqəli neyrokoqnitiv effektləri artıra və həmçinin sinkop kimi neyrokardiogen əlavə təsirləri gücləndirə bilər ki, bu da öz növbəsində təsadüfi zədələnmə riskini artırır; bu səbəbdən, pasiyentlərə Andopoksetinin istifadəsi zamanı alkoqoldan istifadə etməmələri tövsiyə edilməlidir

Vazodilyatasiya (damar genişləndirici) xüsusiyyətlərə malik dərman preparatları

Mümkün ortostatik tolerantlığın azalması səbəbindən damargenişləndirici xüsusiyyətlərə malik dərman preparatları ilə (alfa-adrenergik reseptor antoqonistləri və nitratlarla) müalicə olunan pasiyentlərə Andopoksetin ehtiyatla təyin edilməlidir 

Orta aktivliyə malik CYP3A4 inhibitorları

Orta aktivliyə malik CYP3A4 inhibitorlarını qəbul edən pasiyentlərə preparatın istifadəsi zamanı ehtiyatlı olmaq tövsiyə olunur və doza 30 mq-dək məhdudlaşdırılır

Güclü aktivliyə malik CYP2D6 inhibitorları

Potent (güclü) aktivliyə malik CYP2D6 inhibitorlarını qəbul edən pasiyentlərdə 60 mq-a qədər dozanın artırılması və ya zəif aktivliyə malik CYP2D6 genotipi olduğu bilinən pasiyentlərdə dozanın 60 mq-a qədər artırılması hallarında ehtiyatlı olmaq tövsiyə olunur, belə ki, bu zaman preparatların təsirlərinin yüksəlməsi nəticəsində daha yüksək səviyyədə dozadan asılı mənfi təsirlərin yaranma tezliyinin və şiddətinin artması ehtimal olunur

Maniya

Maniya/hipomaniya və ya bipolyar pozğunluqlar müəyyən edilmiş pasiyentlərdə Andopoksetin istifadə edilməməlidir və bu xəstəliklərin əlamətləri inkişaf edən hər bir pasiyentdə preparatın istifadəsi dayandırılmalıdır.

Qıcolmalar

Serotoninin geriyə tutulmasının selektiv inhibitorlarının qıcolmaları azaltma potensialına görə, Andopoksetinin istifadəsi qıcolmalar inkişaf edən bütün pasiyentlərdə sonlandırılmalı və qeyri-stabil epilepsiyalı pasiyentlərdə onun istifadəsindən qaçınılmalıdır. Müalicə olunan epilepsiyalı xəstələrdə diqqətli müşahidə tələb edilir.

Depressiya və/və ya psixiatrik pozuntular

Diaqnozu təyin edilməmiş depressiv xəstəliklərin qarşısının alınması məqsədilə depressiyanın əlamətləri və simptomları müşahidə edilən şəxslər Andopoksetinlə müalicəyə başlamazdan qabaq yoxlanmalıdırlar. Andopoksetinin serotoninin geriyə tutulmasının selektiv inhibitorları və serotonin norepinefrinin geriyə tutulmasının inhibitorları da daxil olmaqla antidepressant-larla yanaşı istifadəsi əks göstərişdir Erkən eyakulyasiyanın (tez boşalmanın) müalicəsi üçün Andopoksetinin istifadəsinə başlanması məqsədilə davam edən depressiya və ya narahatlıq-ların müalicəsinin dayanandırılması tövsiyə olunmur. Andopoksetin psixiatrik pozğunluqlar üçün göstəriş deyil və şizofreniya kimi psixiatrik pozuntuları olan və ya mövcud depressiya-dan əziyyət çəkən şəxslərdə depressiya ilə əlaqəli simptomların pisləşməsi səbəbndən istifadə olunmamalıdır. Bu, əsas psixiatrik pozğunluğun və ya dərman vasitəsi ilə terapiyanın nəticəsi ola bilər. Həkimlər pasiyentlərə hər an yarana biləcək stress (narahatlıq) düşüncələri və ya hissləri barədə məlumat vermələrini bildirməlidir və müalicə müddətində depressiya əlamətləri və simptomlarının inkişaf etdiyi halda Andopoksetinin istifadəsi sonlandırılmalıdır.

Hemorragiya

Serotoninin geriyə tutulmasının selektiv inhibitorlarının istifadəsi zamanı qanaxma patologi-yaları qeyd edilmişdir.  Andopoksetinin xüsusilə trombositlərin funksiyasına təsir edən dərman preparatları (məsələn, atipik antipsixotik vasitələr və fenotiazinlər, asetilsalisil turşusu, qeyri-steroid iltihab əleyhinə dərman preparatları [QSİƏP], trombosit əleyhinə dərman vasitələri) və ya antikoaqulyantlarla (məsələn varfarin) yanaşı istifadəsi, eləcə də anamnezində qanaxma halları və ya koaqulyasiya pozuntuları olan pasiyentlərdə istifadəsi zamanı ehtiyatlı olmaq tövsiyə olunur

Böyrək çatışmazlığı

Ağır dərəcəli böyrək çatışmazlığı olan pasiyentlərdə Andopoksetinin istifadəsi tövsiyə olunmur və yüngül və ya orta dərəcəli böyrək çatışmazlığı olan psiyentlərdə isə preparatın istifadəsi zamanı ehtiyatlı olmaq tələb olunur

Preparatdan qəfil imtina zamanı yarana biləcək əlavə təsirlər

Xroniki depressiv pozğunluqların müalicəsində uzunmüddətli istifadə olunan serotoninin geriyə tutulmasının selektiv inhibitorlarının qəfil imtina nəticəsində aşağıdakı simptomlar müşahidə edilmişdir: disforik vəziyyətlər (əhvalın dəyişməsi), əsəbilik, təşviş, başgicəllənmə, sensor pozuntular (məs., paresteziyalar), həyacan, şüurun qarışması, baş ağrısı, letargiya, emosional labillik, yuxusuzluq və hipomaniya.

Gözlərdə pozuntular

Andopoksetinin istifadəsi midriaz və gözlərdə ağrı kimi okulyar effektlərə səbəb olur. Andopoksetin gözdaxili təzyiqi yüksək olan və ya qapalı bucaqlı qlaukoma müəyyən edilmiş pasiyentlərdə ehtiyatla istifadə edilməlidir.

Lakoza intolerantlığı

Qalaktoza intolerantlığı, Lapp laktaza defisiti və ya qlükoza−qalaktoza malabsorbsiyası kimi nadir irsi problemləri olan pasiyentlərdə bu preparat istifadə edilməməlidir.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Farmakodinamik qarşılıqlı təsirlər

Monoamin oksidaza inhibitorları ilə qarşılıqlı əlaqələr:

Serotoninin geriyə tutulmasının selektiv inhibitorlaı ilə kombinə şəklində monoamin oksidaza inhibitorları (MAOİ) qəbul edən pasiyentlərdə hipertermiya, rigidlilik, mioklonus, həyati (vital) göstəricilərin mümkün sürətli dəyişiklikləri ilə avtonom qeyri-stabillik və sayıqlama və koma vəziyyətlərinə kimi proqressivləşən həddindən artıq təşviş (agitasiya) kimi əqli status dəyişikləri də daxil olmaqla   ciddi, bəzən isə ölümlə nəticələnən reaksiyalar qeydə alınmışdır. Bu reaksiyalar həmçinin yaxın zamanlarda serotoninin geriyə tutulmasının selektiv inhibitorlarının istifadəsini sonlandıran və monamin oksidaza inhibitorlarının istifadəsinə başlamış pasiyentlərdə də qeyd edilmişdir.

Bəzi hallarda neyroleptik bədxassəli sindromu əks etdirən əlamətlər qeyd edilmişdir. Bu səbəbdən Andopoksetin monamin oksidaza inhibitorları ilə kombinə şəklində və ya monamin oksidaza inhibitorları ilə müalicə dayandırıldıqdan sonra 14 gün ərzində istifadə edilməməlidir. Eyni zamanda, Andopoksetinin istifadəsi dayandırıldıqdan sonra 7 gün ərzində monaminooksidaza inhibitorları (MAOİ) təyin edilməməlidir

Tioridazin ilə qarşılıqlı təsirləri:

Tioridazinin tək tətbiqi QTc intervalının uzanmasına səbəb olur və bu ciddi ventrikulyar aritmiyalarla müşayiət olunur. CYP2D6 izofermentlərini inhibə edən Andopoksetin kimi dərman preparatları tioridazinin metabolizmini  inhibə edir və bu zaman tioridazinin miqdarının artması nəticəsində  QTc intervalının uzanmasının artması gözlənilir.  

Andopoksetin tioridazin ilə eyni vaxtda və ya tioridazin ilə müalicə dayandırıldıqdan sonra 14 gün ərzində istifadə edilməməlidir. Eyni zamanda, Andopoksetinin istifadəsi dayandırıldıqdan sonra 7 gün ərzində tioridazin təyin edilməməlidir

Serotoninergik təsirlərə malik dərman/herbal (bitki tərkibli) preparatlar

Digər serotoninin geriyə tutulmasının selektiv inhibitorlarında olduğu kimi, preparatın serotonergik dərman/herbal (bitki tərkibli) preparatlarla (Monoaminooksidaza inhibitorları, L−triptofan, triptanlar, tramadol, linezolid, serotoninin geriyə tutulmasının selektiv inhibitorları, serotonin-norepinefrinin geriyə tutulmasının inhibitorları, litium və dazıotundan ibrət (Hypericum perforatum) preparatlar da daxil olmaqla) birlikdə istifadəsi serotoninlə əlaqəli əlavə təsirlərin yaranmasına gətirib çıxara bilər. Andopoksetin digər serotoninin geriyə tutulmasının selektiv inhibitorları, monoamin oksidaza inhibitorları və ya digər serotonergik dərman/herbal (bitki tərkibli) preparatlarla kombinə şəklində və ya bu dərman/herbal (bitki tərkibli) preparatlarla müalicə dayandırıldıqdan sonra 14 gün ərzində istifadə edilməməlidir. Eyni zamanda, Andopoksetinin istifadəsi dayandırıldıqdan sonra 7 gün ərzində bu dərman/herbal (bitki tərkibli) preparatlar təyin edilməməlidir

Mərkəzi sinir sisteminə təsir edən dərman preparatları

Erkən eyakulyasiya müəyyən edilmiş pasiyentlərdə Andopoksetinin mərkəzi sinir sisteminə təsir edən dərman preparatları ilə (məs., antiepileptiklər, antidepressantlar, antipsixotiklər, anksiolitiklər, sedativ hipnotiklər) kombinəolunmuş şəkildə istifadəsi sistematik olaraq qiymətləndirilməmişdir. Bu səbəbdən, Andopoksetin və belə dərman preparatlarının yanaşı istifadəsi tələb edildikdə ehtiyatlı olmaq tövsiyə olunur.

Farmakokinetik qarşılıqlı təsirlər

Yanaşı tətbiq edilmiş dərman preparatlarının dapoksetinin farmakokinetikasına təsiri:

İnsanın qaraciyər, böyrək və bağırsaq mikrosomları üzərində aparılmış in vitro tədqiqatlar dapoksetinin əsasən CYP2D6, CYP3A4 və flavin monooksigenaza 1 (FMO1) vasitəsilə metabolizə uğradığını göstərir. Bu səbəbdən həmin fermentlərin inhibitorları dapoksetinin klirensini azalda bilər.

CYP3A4 inhibitorları

Potent aktivliyə malik CYP3A4 inhibitorları. Ketokonazolun tətbiqi (200 mq gün ərzində iki dəfə 7 gün) dapoksetinin Cmax-nı 35% və AUCinf-ni 99% artırmışdır. Birləşməmiş dapoksetinin və desmetildapoksetinin nisbətini nəzərə alaraq, potent aktivliyə malik CYP3A4 inhibitorları ilə birgə qəbul edildikdə aktiv fraksiyanın Cmaxı təxminən 25%-ə qədər artırıla bilər və aktiv fraksiyanın AUCu iki dəfə artırıla bilər.

Aktiv fraksiyanın Cmax və AUC göstəriciləri funksional CYP2D6 fermentləri olmayan, yəni, zəif aktivliyə malik CYP2D6 metabolizatorlar və ya aktiv CYP2D6 inhibitorlarından kombinə şəklində istifadə edən müəyyən qrup populyasiyada artmışdır.

Bu səbəbdən, dapoksetin və ketokonazol, itrakonazol, ritonavir, sakvinavir, telitromisin, nefazodon, nelfinavir və atazanavir kimi potent (güclü) CYP3A4 inhibitorlarının kombinə şəklində istifadəsi əks göstərişdir.

Qreypfrut şirəsi də CYP3A4 izofermentinin güclü inhibitorudur. Bu səbəbdən preparatın istifadəsindən 24 saat əvvəl qreypfrut şirəsi içilməməlidir.

Orta aktivliyə malik CYP3A4 inhibitorları

Orta aktivliyə malik CYP3A4 inhibitorları (məs., eritromisin, klaritromisin, flukonazol, amprenavir, fosamprenavir, aprepitant, verapamil, diltiazem) ilə yanaşı müalicə dapoksetin və desmetildapoksetinin xüsusilə zəif CYP2D6 metabolizatorları olanlarda miqdarının klinik olaraq əhəmiyyət kəsb edəcək dərəcədə artmasına səbəb ola bilər.  Bu dərman vasitələri ilə yanaşı tətbiq edildikdə Dapoksetinin maksimal istifadə ediləcək dozası 30 mq təşkil etməlidir Bu iki göstərici, pasiyentin genotip və ya fenotipcə aktiv CYP2D6 metabolizatorlarına malik olduğunu təsdiqlənmədikdə bütün pasiyentlərə tətbiq olunur. Aktiv CYP2D6 metabolizatoru olan pasiyentlərdə, dapoksetinin aktiv CYP3A4 inhibitoru ilə kombinə şəklində istifadəsi zamanı tövsiyə olunan maksimal dozası 30 mq-dır və 60 mq dozada dapoksetinin orta aktivliyə malik CYP3A4 inhibitoru ilə yanaşı istifadəsi zamanı ehtiyatlı olmaq məsləhət görülür. 

Aktiv CYP2D6 inhibitorları

Fluoksetinlə (60 mq/gün 7 gün) yanaşı tətbiq edildikdə dapoksetinin (60 mq birdəfəlik dozası) Cmax və AUC göstəriciləri uyğun olaraq 50% və 88% artmışdır. Birləşməmiş dapoksetinin və desmetildapoksetinin nisbətini nəzərə alaraq, potent aktivliyə malik CYP2D6 inhibitorları ilə birgə qəbul edildikdə aktiv fraksiyanın Cmax-u təxminən 50%-ə qədər arta bilər və aktiv fraksiyanın AUC-u iki dəfə arta bilər. Aktiv fraksiyanın Cmax və AUC göstəricilərindəki artımlar zəif  CYP2D6 metabolizatorları üçün gözlənilən qiymətlərlə eyni olub dozadan asılı əlavə təsirlərin yaranma tezliyinin və şiddətinin artması ilə nəticələnə bilər.

PDE5 inhibitorları

Dapoksetin  PDE5 inhibitorları istifadə edən pasiyentlərdə ortostatik tolerantlığın azalması ehtimalına görə istifadə edilməməlidir. Tadalafil (20 mq) və sildenafil (100 mq) ilə eyni vaxtda tətbiq edilən dapoksetinin  (60 mq) farmakokinetikası öyrənilmişdir. Tadalafil dapoksetinin farmakokinetikasına təsir etmir. Sildenafil dapoksetinin farmakokinetikasında klinik əhəmiyyət kəsb etməyən yüngül dəyişikliklərə (AUC-un f-də 22% yüksəlmə və Cmaks-da 4% yüksəlmə) səbəb olmuşdur.

Dapoksetinin PDE5 inhibitorları ilə yanaşı istifadəsi ortostatik hipotenziyanın yaranması ilə nəticələnə bilər. Dapoksetin və PDE5 inhibitorları ilə yanaşı müalicə olunan erkən boşalma və erektil disfunksiya halları müşahidə edilmiş pasiyentlərdə dapoksetinin effektivliyi və  təhlükəsizliyi öyrənilməmişdir.

Dapoksetinin yanaşı istifadə edilən dərman preparatlarının farmakokinetikasına  təsiri

Tamsulozin

Tamsulozinin gündəlik dozasını qəbul edən pasiyentlərə yanaşı olaraq dapoksetinin 30 mq və ya 60 mq birdəfəlik və ya çoxdəfəlik dozasının tətbiqi tamsulozinin farmakokinetikasında hər hansı dəyişikliklərə səbəb olmamışdır. Dapoksetinin tamsulozinə əlavə edilməsi ortostatik profildə dəyişikliklərə səbəb olmamışdır və 30 və ya 60 mq dapoksetinlə kombinə şəklində istifadə edilmiş tamsulozinlə ayrıca tək olaraq istifadə edilmiş tamsulozinin ortostatik təsirlərində fərqlər müəyyən edilməmişdir; lakin, Andopoksetin alfa adrenergik reseptor antaqonistlərindən istifadə edən pasiyentlərdə  mümkün ortostatik tolerantlığın azalması səbəbindən ehtiyatla təyin edilməlidir

CYP3A4 tərəfdən metabolizə olunan dərman vasitələri:

Dapoksetinin çoxdəfəlik dozası (60 mq/gün 6 gün ərzində) midazolamın (8 mq bir dəfəlik doza) AUCinf-ni təxminən 20% azaltmışdır (-60 - +18 % arası). Midazolam üzərində təsirin klinik əhəmiyyəti pasiyentlərin əksəriyyətində kiçik ola bilər. CYP3A aktivliyinin artması əsasən CYP3A tərəfindən metabolizə edilən və dar terapevtik pəncərəyə malik dərman preparatları ilə yanaşı olaraq müalicə alan bəzi pasiyentlərdə klinik əhəmiyyətə malik ola bilər.

CYP2C19 vasitəsilə metabolizə olunan dərman vasitələri

Dapoksetinin çoxdəfəlik dozası (60 mq/gün 6 gün ərzində) 40 mq bir dəfəlik dozada omeprazolun metabolizmini inhibə etməmişdir. Dapoksetinin digər CYP2C19 substratlarının  farmakokinetikasına təsir etməsi ehtimalı yoxdur.

CYP2C9 vasitəsilə metabolizə olunan dərman vasitələri

Dapoksetinin çoxdəfəlik dozası (60 mq/gün 6 gün ərzində) 5mq bir dəfəlik dozada qliburidin farmakokinetikasına və ya farmakodinamikasına təsir göstərməmişdir. Dapoksetinin digər CYP2C9 substratlarının farmakokinetikasına təsir etməsi ehtimalı yoxdur.

Varfarin və koaqulyasiyaya və/və ya trombositlərin funksiyalarına təsir göstərən dərman preparatları

Varfarinin xroniki istifadəsinin dapoksetin üzərində təsirlərini qiymətləndirən məlumatlar mövcud deyil, bu səbəbdən, xroniki olaraq varfarindən istifadə edən pasiyentlərdə dapoksetinin istifadəsi zamanı ehtiyatlı olmaq tövsiyə olunur. Dapoksetinin çoxdəfəlik dozası (60 mq/gün 6 gün ərzində) 25 mq bir dəfəlik dozada varfarinin farmakokinetikasına və ya farmakodinamikasına (PT və ya INR) təsir göstərməmişdir.

Serotoninin geriyə tutulmasının selektiv inhibitorlarının istifadəsi ilə əlaqəli qanaxma patologiyaları qeyd edilmişdir 

Etanol

Etanolun bir dəfəlik 0,5 q/kq (təxminən 2 içmə) dozasının eyni vaxtda istifadəsi, dapoksetinin (60 mq birdəfəlik dozada) farmakokinetikasına təsir göstərməmişdir; lakin, dapoksetinin etanolla yanaşı istifadəsi yuxululuğu artırmış və oyanıqlığı əhəmiyyətli dərəcədə azaltmışdır. İdrak (dərketmə) pozğunluqlarının farmakodinamik ölçüləri də həmçinin dapoksetinin etanolla yanaşı istifadəsinin əlavə təsirlərə səbəb olduğunu göstərmişdir. Alkoqol və dapoksetinin yanaşı istifadəsi başgicəllənmə, yuxululuq, zəif reflekslər və ya dəyişilmiş fikirlər kimi əlavə reaksiyaların yaranma tezliyini və ya şiddətini artırır. Dapoksetinin alkoqolla kombinə şəkildə istifadəsi alkoqoldan-asılı təsirləri artıra və həmçinin, sinkop kimi neyrokardiogen əlavə təsirləri gücləndirə bilər, və bunun nəticəsində də, təsadüfi zədələnmə riskləri arta bilər; bu səbəbdən pasiyentlər andopoksetinin istifadəsi zamanı alkoqolun istifadəsindən qaçınmalarına dair məlumatlandırılmalıdırlar

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Andopoksetin qadınlarda istifadə üçün göstəriş deyildir.

Dapoksetinin və ya onun metabolitlərinin ana südünün tərkibinə daxil olub-olmaması məlum deyil.

 

Pediatriyada istifadəsi

Andopoksetin 18 yaşdan kiçik şəxslərdə istifadə edilməməlidir.

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qablliyyətinə təsiri

Andopoksetin nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə az və ya orta dərəcədə təsir göstərir. Klinik tədqiqatlarda dapoksetin istifadə edən şəxlərdə başgicəllənmə, diqqətin pozulması, sinkop (bayılma), bulanıq görmə və yuxululuq halları qeyd edilmişdir. Buna görə də, pasiyentlər təhlükəli mexanizmləri sürmə və ya idarəetmə də daxil olmaqla, zədələnmələrə səbəb ola biləcək fəaliyyətlərdən çəkinmələrinə dair xəbərdar edilməlidirlər.

Dapoksetinin alkoqolla kombinə şəkildə istifadəsi alkoqoldan-asılı neyrokoqnitiv təsirləri artıra və həmçinin, sinkop kimi neyrokardiogen əlavə təsirləri gücləndirə bilər, və bunun nəticəsində də, təsadüfi zədələnmə riskləri arta bilər; bu səbəbdən pasiyentlər andopoksetinin istifadəsi zamanı alkoqolun istifadəsindən qaçınmalarına dair məlumatlandırılmalıdırlar.

 

İstifadə qaydası və dozası

Yetkin kişilər (18 - 64 yaş arası)

Bütün pasiyentlər üçün preparatın tövsiyə olunan başlanğıc dozası cinsi fəaliyyətdən təxminən 1-3 saat əvvəl 30 mq təşkil edir.

Andopoksetinlə müalicə 60 mq doza ilə başlanmamalıdır.

Andopoksetin gündəlik istifadə üçün nəzərdə tutulmur. Andopoksetin yalnız cinsi fəaliyyət gözlənildiyi zaman qəbul edilməlidir. Andopoksetin hər 24 saat ərzində bir dəfədən çox istifadə edilməməlidir.

Preparatın 30 mq dozasına fərdi cavab yetərsiz olduqda və pasiyentdə orta və ya ağır dərəcəli əlavə təsirlər və ya sinkopa gətirib çıxaran prodromal simptomlar müşahidə edilmədikdə doza cinsi fəaliyyətə 1-3 saat qalmış maksimum tövsiyyə olunan 60 mq-a qədər artırıla bilər. Mənfi reaksiyaların təsirləri və şiddəti 60 mq dozanın istifadəsi zamanı yüksək olur.

Başlanğıc dozanın istifadəsi zamanı ortostatik reaksiyaların yaranması hallarında, doza 60 mq-a qədər artırılmamalıdır.

Andopoksetin müalicəsinin ilk dörd həftəsindən sonra (və ya ən azı 6 doza müalicəsindən sonra) davam edən müalicənin uyğun olub-olmadığını bəlirləmək üçün həkim tərəfindən Andopoksetinin individual fayda risk göstəricilərinin diqqətli bir şəkildə dəyərləndirilməsi həyata keçirilməlidir.

Andopoksetinin 24 həftədən çox müddət ərzində effektivliyi və təhlükəsizliyi ilə bağlı məlumatlar məhduddur.

Andopoksetin ilə müalicənin davam etdirilməsinə klinik ehtiyac və fayda risk balansı ən azı hər altı aydan bir yenidən qiymətləndirilməlidir.

Yaşlılar (65 yaş və yuxarı olanlar)

65 yaş və yuxarı yaşda olan pasiyentlərdə Andopoksetinin istifadəsinin effektivliyi və təhlükəsizliyi müəyyən edilməmişdir

Pediatrik qrup

Andopoksetinin bu yaş qrupunda tez boşalma göstərişlərində istifadəsi uyğun hesab edilmir.

Böyrək çatışmazlığı olan pasiyentlər

Yüngül və ya orta dərəcəli böyrək çatışmazlığı olan pasiyentlərdə preparatın istifadəsi zamanı ehtiyatlı olmaq tövsiyə olunur. Ağır böyrək çatışmazlığı olan pasiyentlərdə Andopoksetinin istifadəsi tövsiyə edilmir

Qaraciyər çatışmazlığı olan pasiyentlər

Orta və ağır dərəcəli qaraciyər çatışmazlıqları olan psiyentlərdə Andopoksetinin istifadəsi əks göstərişdir (Çayld-Pyu təsnifatına görə B və C sinifləri)

Məlum CYP2D6 zəif metabolizatorları və ya potent (güclü) CYP2D6 inhibitorları ilə müalicə olunan pasiyentlər

Məlum CYP2D6 zəif metabolizator genotipinə malik və ya yanaşı olaraq potent CYP2D6 inhibitorları ilə müalicə olunan pasiyentlərdə preparatın dozasının 60 mq-a qədər artırılması zamanı xüsusi olaraq ehtiyatlı olmaq tövsiyə olunur

Orta və ya güclü CYP3A4 inhibitorları ilə müalicə olunan pasiyentlər:

Güclü CYP3A4 inhibitorlarının yanaşı istifadəsi əks göstərişdir. Orta CYP3A4 inhibitorları ilə yanaşı müalicə olunan pasiyentlərdə preparatın dozası 30 mq-la məhdudlaşdırılmalıdır və bu zaman ehtiyatlı olmaq tövsiyə olunur

Tətbiqi üsulları

Oral istifadə üçün. Preparatın acılığını hiss etməmək üçün tabletlər bütöv şəkildə udulmalıdır. Tabletlərin ən azı bir dolu fincan su ilə içilməsi məsləhət görülür.  Andopoksetin qida ilə və ya qidasız istifadə edilə bilər.

Dərman preparatını istifadəsindən öncə görüləcək ehtiyatlılıq tədbirləri

Preparatla müalicəyə başlamazdan qabaq ortostatik hipotenziyaya dair xüsusi göstərişər və ehtiyat tədbirləri bölməsinə bax.

001.png

Digər xüsusi populyasiyalar:

Potent (güclü) CYP2D6 inhibitorları istifadə edən pasiyentlərdə və ya məlum CYP2D6 zəif metabolit genotipinə malik pasiyentlərdə dozanın 60 mq-a qədər artırılması zamanı ehtiyatlı olmaq tövsiyə olunur

Preparatdan qəfil imtina zamanı yarana biləcək əlavə təsirlər

Xroniki depressiv pozğunluqların müalicəsində uzunmüddətli istifadə olunan serotoninin geriyə tutulmasının selektiv inhibitorlarından qəfil imtina nəticəsində aşağıdakı simptomlar müşahidə edilmişdir: disforik vəziyyətlər, əsəbilik, təşviş, başgicəllənmə, sensor pozuntular (məs, paresteziyalar), həyacan, şüurun qarışması, baş ağrısı, letargiya, emosional labillik, yuxusuzluq və hipomaniya.

Əlavə təsirlərin qeydə alınması

Dərman vasitələrinin istifadəsi zamanı yaranan əlavə təsirlər haqqında məlumatlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə verilməlidir (Ünvan: AZ1065, Azərbaycan Respublikası; Bakı şəh., Cəfər Cabbarlı küç., 34.;  Faks: (99412) 596-07-16 ; e-mail: adr@pharma.az; Tel.:(99412)596-05-20 Qaynar xətt (99412) 596-07-12).

Doza həddinin aşılması

Klinik tədqiqatlar zamanı doza həddinin aşılması halları qeyd edilməmişdir.

Gündəlik 240 mq dozaya qədər (iki 120 mq doza 3 saat aralığı ilə) Andopoksetinin istifadəsi əlavə təsirlərə səbəb olmamışdır. Ümumiyyətlə, serotoninin geriyə tutulmasının selektiv inhibiorları ilə doza aşımı simptomlarına yuxululuq, ürəkbulanma və qusma kimi mədə-bağırsaq pozuntuları, taxikardiya, titrəmə, təşviş və başgicəllənmə kimi serotoninergik əlavə təsirlər aiddir.

Doza həddinin aşılması hallarında ehtiyac olduqda standart dəstəkləyici terapiya həyata keçirilməlidir. Dapoksetinin plazma zülalları ilə yüksək səviyyədə birləşməsi və böyük həcmdə paylanması ilə əlaqədar olaraq məcburi diurez, dializlər, hemotransfuziya və dəyişilmiş transfuziya faydalı olmaya bilər. Andopoksetin üçün xüsusi antidotlar məlum deyil.

 

Buraxılıç forması

3 tablet, alüminium/şəffaf olmayan(tünd) PVX/PVDX stripdə. 1 strip, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

 

Saxlanma şəraiti

30°C-dən yüksək olmayan temperaturda, quru  və  uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

 

Yararlılıq müddəti

2 il.

Yararlılıq muddəti bitdikdən sonra istifadə etmək olmaz.

 

Aptekdən butaxılma şərti

Resept əsasinda buraxılır.

 

İstehsalçı

Al Andalous For Pharmaceutical Industriers, Misir. 

 

Ünvan

Part No, 7/6, 6 th Industrial Area, 6 th of October City-Egypt.

bottom of page