top of page
Сортировка Медицина

İMMUNOSTRONG

Tablet

immunostrong tablet.png
brochure.png

Tərkibi (1 tabletdə):

Təsiredici maddələr:

Beta-(1,3/1,6)-D-qlükan………………………….…………. 250 mq

C vitamini (Askorbin turşusu)………………...….…………. 300 mq

D3 vitamini (Xolekalsiferol)…………………….………….. 600 BV

E vitamini (DL-alfa-tokoferol asetat)…………….……...…… 50 mq

A vitamini (Retinol asetat)……………………. 1000 mkq (3333 BV)

Selen (L-Selenometionin)………………………………….. 150 mkq

Sink pikolinat (15 mq elementar sinkə ekvivalent)…………71,43 mq

Exinaseya (Qırmızı exinaseya) ekstraktı……………………...100 mq

Zəncəfil (Dərman zəncəfili) ekstraktı........................................100 mq

Sarımsaq (Əkilən sarımsaq) ekstraktı........................................100 mq

Köməkçi maddələr: mikrokristallik sellüloza, maqnezium stearat, silisium dioksid, hidroksipropilsellüloza.

 

İstifadəsinə dair tövsiyələr:

İmmun sistemi möhkəmləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ.

 

Əks göstərişlər:

Məhsulun tərkibindəki hər hansı bir komponentə qarşı fərdi yüksək həssaslıq.

 

İstifadə qaydası və dozası:

14 yaşdan yuxarı uşaqlar və böyüklər: 1 tablet gündə 1 dəfə. Tablet səhər acqarına su ilə qəbul olunmalıdır.

 

Əlavə təsirləri:

Nadir hallarda komponentlərdən hər hansı birinə qarşı hiperhəssaslıq reaksiyaları müşahidə oluna bilər.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri: Məlum deyil.

 

Toksikologiya: Məhsulun tərkibindəki inqrediyentlərin miqdarı təhlükəsizdir.

 

Xüsusi ehtiyat tədbirləri:

Tövsiyə edilən sutkalıq dozanı keçməyin. BFMQƏ normal qidalanmanı əvəz etmir. Xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.

 

Buraxılış forması: Tablet №30 (10x3) blisterdə, karton qutu qablaşmada.

 

Saxlanma şəraiti: 25°С-dən yüksək olmayan temperaturda, quru, birbaşa düşən günəş şüalarından uzaq və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.

 

Yararlılıq müddəti: 3 il

 

İstehsalçı: Phytophar, Belçika

bottom of page