top of page
Сортировка Медицина

TEMPUKAN  şərbət 120 ml 

İmmun sistemi möhkəmləndirən vasitə

tempukan.png
brochure.png

Tərkibi

Təsiredici maddələr: hər 10 ml məhlulun tərkibində 100 mq beta-qlükan və 80 mq  C vitamini (Askorbin turşusu) vardır.

Köməkçi maddələr: su, fruktoza, dadlandırıcı, ksantan qətranı, kalium sorbat, limon turşusu.

 

Məhsul haqqında məlumat

Tempukan, tərkibində olan komponentlərin xüsusiyyətləri, bioloji aktivliyi və spesifik təsir mexanizminə əsaslanaraq immun sistemin fəaliyyətini yaxşılaşdırır, orqanizmin müqavimətini və infeksiyalara qarşı dözümlülüyünü artırır.

Beta-qlükan, hazırlanması üçün tibbi göbələkdən istifadə olunan, güclü immunomodulyator, şiş əleyhinə, radioprotektiv xüsusiyyətlərə malik təbii polisaxarid kompleksidir. Orqanizmin təbii immun cavabının formalaşmasında və immun mexanizmlərin aktivləşməsində mühüm rol oynayır. β-qlükan nazik bağırsağın selikli qişa hüceyrələri tərəfindən udulur və selikaltı qata ötürülür, Peyer ilgəyində olan immun hüceyrələrin (makrofaqların) membranlarındakı xüsusi reseptorları ilə birləşir, makrofaqların yerli, qeyri-spesifik müdafiə mexanizmlərini və təbii immun cavabı aktivləşdirir (faqositoz prosesini stimullaşdırır, interferon, interleykinlər, şiş hüceyrələrini nekrozlaşdırıcı faktor və s. sintez olunur, digər immun hüceyrələr aktivləşir), virus, bakteriya, göbələk və parazitlərə qarşı xüsusi aktivliyini gücləndirir. β-qlükan iltihab əleyhinə təsir göstərir (interleykin-6 və -12 sintezini inhibə edir) və interferon sintezini artırır. β-qlükan həm yerli, həm də ümumi immuniteti gücləndirir, orqanizmi antigenlərdən və genetik yad maddələrdən qoruyur, daxil olmuş patogenləri isə məhv edir. Beləliklə, β-qlükanın istənilən növ immun çatışmazlıqlarda istifadəsi mümkündür.

Beta-qlükan həzm sistemi tərəfindən heç bir fermentativ fraqmentasiyalara məruz qalmır; nazik bağırsaqda qlükozaya parçalanmayan və demək olar ki, tam biomənimsənilməyə malik təhlükəsiz maddədir. Həzm olunmamış β-qlükan orqanizmdən qida lifləri şəklində xaric olunur. β-qlükan, həmçinin probiotik xüsusiyyətlərə malikdir, bağırsaq mikrobiosenozun normallaşmasını təmin edir. β-qlükanın effektivliyi və təhlükəsizliyi çoxsaylı kliniki tədqiqatlarla sübut olunmuşdur.

C vitamini (askorbin turşusu) suda həll olan vitamindir və insan orqanizmində sintez olunmur, yalnız kənardan qida vasitəsilə qəbul olunur. Orqanizmin maddələr mübadiləsinin bir çox kimyəvi proseslərində, toxumaların regenerasiyasında, steroid hormonların və kollagenin sintezində iştirak edir. Orqanizmin müdafiə sisteminin düzgün fəaliyyət göstərməsi üçün toxumaların askorbin turşusu ilə optimal şəkildə təmin olunması mühüm əhəmiyyət daşıyır. Anticism, interferon və komplement C3-komponentinin sintezini aktivləşdirərək immunoloji reaksiyaları tənzimləyir, orqanizmin ümumi müqavimətini və infeksiyalara qarşı davamlılığını artırır, xəstəliklərin sağalmasında və profilaktikasında iştirak edir. Askorbin turşusu damar keçiriciliyini azaldır, qanın laxtalanmasında iştirak edir, antiaqreqant təsirə malikdir. C vitamini güclü antioksidantdır, hüceyrə membranlarını sərbəst radikalların zədələyici təsirindən qoruyur və onların funksional aktivliyini təmin edir.

C vitamini β-qlükanla birlikdə sinergist təsir göstərərək bir-birinin effektlərini gücləndirir.

Tempukan uzunmüddətli müalicə üçün təhlükəsizdir.

 

İstifadəsinə göstərişlər

Aşağıda qeyd olunan xəstəliklərin kompleks müalicə və profilaktikasında istifadə olunur:

- İmmunodefisit vəziyyət, tez-tez xəstələnmə halları

- Yuxarı tənəffüs yollarının kəskin virus infeksiyaları (KRVİ)

- Bakterial, göbələk və parazitar infeksion xəstəliklər

- Uşaqlarda və böyüklərdə qrip və soyuqdəymə

- Allergik xəstəliklər (allergik rinit, bronxial astma və s.)

- Xroniki yorğunluq sindromu, əqli və fiziki yüklənmə

- Müxtəlif dəri xəstəlikləri zamanı (dermatozlar)

- Uzun müddətli antibakterial terapiya zamanı

- Endokrin xəstəliklər zamanı (şəkərli diabet, qalxanabənzər vəz xəstəlikləri, reproduktiv

  hormonal disbalans və s.) orqanizmin müdafiə funksiyasının dəstəklənməsi məqsədi ilə

- Yüksək ultrabənövşəyi və radioaktiv şüalardan qorunmaq məqsədilə (yay fəsli, dağlıq

  ərazilərdə yaşayanlar, peşə vərdişləri, kompyuter, telefon və digər qadjetlərdən istifadə)

- Onkoloji xəstəliklər zamanı əməliyyatönü, əməliyyat zamanı və sonra şüa, radio,

  kimyəterapiya ilə müalicənin effektivliyinin artırılması məqsədilə

- Sidik-cinsiyyət sisteminin kəskin və xroniki infeksiyaların kompleks müalicəsində

- Vaksinasiya zamanı

 

Əks göstərişlər

Məhsulun tərkibində olan hər hansı bir komponentə qarşı fərdi həssaslıq.

 

İstifadə qaydası və dozası

Tempukan şərbət gündə 1-2 dəfə acqarına (səhər yeməkdən 30 dəqiqə əvvəl və/və ya axşam yatmazdan əvvəl) su ilə daxilə qəbul olunur. İstifadədən əvvəl az miqdarda ilıq su, süd və ya meyvə şirəsi ilə həll oluna bilər.

Doza və müalicənin müddəti həkim tərəfindən fərdi olaraq müəyyən olunur.

Həkim tərəfindən başqa cür təyin edilməyibsə aşağıdakı dozalarda istifadə edin.

1-3 yaş arası uşaqlar: 2,5 ml gündə 1-2 dəfə

4-8 yaş arası uşaqlar: 5 ml gündə 1-2 dəfə

9-13 yaş arası uşaqlar: 7,5 ml gündə 1-2 dəfə

14 yaşdan böyük uşaqlar və böyüklər: 10 ml gündə 1-2 dəfə

İstifadədən öncə flakonu yaxşı çalxalamaq lazımdır.

Flakonun dibindəki çöküntü məhlulun keyfiyyətinə təsir göstərmir.

İnfeksiyaya yoluxma zamanı və ya immun sistem zəifləyəndə gündəlik dozanı ən azı

3-7 gün ərzində iki dəfə artıra bilərsiniz.

Preparat uzun müddət ərzində (ən azı 2-3 ay) qəbul olunmalıdır.

Doza və qəbul qaydası həkim tərəfindən tənzimlənə bilər.

 

Buraxılış forması

Daxilə qəbul üçün şərbət, 120 ml şüşə flakonda, karton qutu qablaşmada.

 

İstehsalçı: ValueMed Pharma S.r.l., San Marino.

bottom of page