top of page
Сортировка Медицина

NAZOLİD

burun damcısı

nasolid.png
brochure.png

Tərkibi

Təsiredici maddələr: 10 ml məhlulun tərkibində 5 mq nafazolin hidroxlorid, 5 mq xlorfeniramin maleat vardır.

Köməkçi maddələr: susuz dinatrium hidrofosfat, natrium dihidrofosfat monohidrat, setrimid, dinatrium edetat, natrium xlorid, inyeksiya üçün su.

 

Təsviri

Şəffaf, rəngsiz, qoxusuz məhluldur.

 

Farmakoterapevtik qrupu

Antihistamin, dekongestant.

 

ATC kodu: R01АВ02.

 

Farmakoloji xüsusiyyətləri

Nazolid  kombinəolunmuş  preparat olub antihistamin və dekongestant təsir göstərir. Nafazolin hidroxlorid damar alfa-adrenoreseptorlarına stimuləedici təsir göstərməklə burnun selikli qişa arteriollarını daraldır. Bu təsir sürətli və uzunmüddətlidir. Nafazolin hidroxlorid  drenajların tətbiqi zamanı burunətrafı ciblərin keçid və giriş hissələrinin təmizlənməsinə şərait yaradır. Nazolid preparatının tərkibindəki xlorfeniramin maleat antixolinergik təsir göstərərək rinoreyanı zəiflədir, və H1-reseptorları blokadaya alaraq allergik rinitin və

sinusitin qarşısını alır.

 

İstifadəsinə göstərişlər

- Müxtəlif mənşəli allergik rinit

-Kəskin zökəm, sinusit, ümumi soyuqdəymə və selikli qişaların iltihabı ilə müşayiət

olunan yuxarı tənəffüs yolları xəstəliklərinin simptomatik müalicəsi

- Orta qulaq və yevstax borusunun iltihabı zamanı

 

Əks göstərişlər

Preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq, ağır hipertoniya, ürəyin işemik xəstəliyi, bağlıbucaqlı qlaukoma.

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Digər burun dekongestantları kimi yüksək dozada və uzunmüddətli istifadəsi burun tutulmasına səbəb ola bilər.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Nafazolin tərkibli digər dərman preparatları kimi MAO-inhibitorlarının arterial təzyiqə təsirini gücləndirə bilər.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Nafazolin tərkibli digər dərman preparatları kimi hamiləlik və laktasiya zamanı yalnız həkim nəzarəti altında istidafə olunur.

 

İstifadə qaydası və dozası

Gündə 4 dəfə 1-2 damcı buruna damızdırlır.

Nazolid 6 yaşdan yuxarı uşaqlara və yaşlı xəstələrə təyin oluna bilər.

 

Əlavə təsirləri

Nazolid tövsiyə olunan dozalarda təhlükəsizdir və xəstələr tərəfindən yaxşı qəbul edilir. Lakin

digər nafazolin tərkibli damcılarda olduğu kimi keçici xarakterli yerli qıcıqlanma baş verə

bilər.

 

Doza həddinin aşılması

Qeydə alınmayıb.

 

Buraxılış forması

10 ml, plastik flakonda.

1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

 

Saxlanma şəraiti

300C-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

 

Yararlılıq müddəti

3 il

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

 

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

 

İstehsalçı

PHARCO PHARMACEUTİCALS

Kilo 31 İsgəndəriyyə-Qahirə Səhrası Yolu, İsgəndəriyyə Misir

bottom of page