top of page
Сортировка Медицина

TEMPUVİT damcı 30 ml

Multivitamin, minerallar və aminturşu kompleksi

tempuvit.png
brochure.png

Tərkibi (hər 1 ml (20 damcı) məhlulda)

Təsiredici maddələr:

A vitamini (retinil palmitat) .................300 mkq

D3 vitamini (xolekalsiferol) ..................200 BV

E vitamini (tokoferil asetat) .......................3 mq

C vitamini (askorbin turşusu) ..................20 mq

B1 vitamini (tiamin hidroxlorid) ............0,2 mq

B2 vitamini (riboflavin natrium fosfat)....0,3 mq

B3 vitamini (niasinamid) ...........................3 mq

B5 vitamini (pantoten turşusu) ...............1,2 mq

B6 vitamini (piridoksin hidroxlorid) ......0,3 mq

Biotin (H vitamini)....................................................4,5 mkq

L-Lizin .....................................................10 mq

Dəmir sulfat ............................................5,5 mq

Kalium yodid .........................................75 mkq

Manqan sulfat .........................................0,4 mq

Natrium molibdat .................................1,5 mkq

Sink sulfat ................................................2 mkq

Köməkçi maddələr: ananas, meyvə qarışığı (dadlandırıcılar), sukroza, limon turşusu, EDTT, polioksil 40 hidrogenləşdirilmiş kastor yağı, təmizlənmiş su.

 

Məhsul haqda məlumat

Tempuvit  multivitamin və minerallar kompleksi  uşaqlar üçün nəzərdə tutulmuşdur.

A vitamini skeletin, epitelial toxumanın, immun sistemin formalaşmasında iştirak edir, orqanizmin müxtəlif infeksiyalara qarşı müqavimətini artırır. Görmə funksiyasında vacib rol oynayır. Orqanizmin antioksidant müdafiəsinin vacib komponentidir.

D3 vitamini bağırsaqlardan kalsium və fosforun sorulmasını təmin edir, və sümük metabolizmində vacib rol oynayır. D vitamininin çatışmazlığı sümüklərdə kalsium ehtiyatının tükənməsinə, uşaqlarda raxit, böyüklərdə osteomalyasiya və osteoporoz yaranmasına səbəb olur.

E vitamini - orqanizmin antioksidant müdafiə sisteminin önəmli komponentidir: hüceyrə membranlarını zədələyən sərbəst radikalların yaranmasının qarşısını alır ki, bu da orqanizmin inkişafı, sinir və əzələ sistemlərinin normal funksiyası üçün çox vacibdir. Bir neçə ferment sisteminin kofaktoru rolunu oynayır. Doymamış yağ turşularının oksidləşməsini tormozlayır,  eritrositlərin hemolizinin qarşısını alır.

C vitamini qanın immun hüceyrələrinin funksiyasına cavabdehdir, orqanizmin müxtəlif infeksiyalara müqavimətinin yüksəlməsinə yardım edir. Birləşdirici toxuma, sümüklər,  qığırdaqlar, dişlər və dərinin əsas komponenti olan kollagenin sintezində vacib rol oynayır. Bağırsaqlardan dəmirin sorulmasını təmin edir. Antioksidant xüsusiyyətlərə malikdir.

B1 vitamini  sinir toxumasının mübadilə prosesində həlledici əhəmiyyəti olan karbohidrat mübadiləsində koenzim kimi iştirak edir, sinapslarda sinir impulsunun keçiriciliyində rol oynayır. B1 vitamininin çatışmazlığı zamanı sinir toxumasında süd və piroüzüm turşularının toplanması nəticəsində bir sıra patoloji vəziyyət və funksiya pozğunluqları yaranır.

B2 vitamini yağ, zülal və karbohidratların parçalanmasında iştirak edir, orqanizmin böyümə proseslərində əvəzolunmazdır. Mərkəzi və periferik sinir sisteminin vəziyyətini nizamlayır, görməyə müsbət təsir edir. Metabolik təsir göstərir: oksidləşmə - bərpa proseslərini tənzimləməklə toxuma tənəffüsündə iştirak edir.

B3 vitamini hüceyrənin oksidləşmə - bərpa proseslərində iştirak edir, toxuma tənəffüsünü stabilləşdirir. Yağ, karbohidrat və aminturşu metabolizmində iştirak edir.

B5 vitamini koenzim A-nın tərkibinə daxildir, asetilləşmə və oksidləşmə proseslərində, yağ və karbohidrat mübadiləsində, asetilxolin və steroid hormonların sintezində,  epitel və endotel hüceyrələrinin regenerasiyasında vacib rol oynayır.

B6 vitamini aminturşuların metabolizmində koenzim kimi iştirak edir. Bir sıra fizioloji aktiv aminlər (adrenalin, histamin, serotonin, dopamin, tiramin, QAYT, triptofan), o cümlədən, hemoqlobin B6 vitamininin iştirakı ilə yaranır. Mərkəzi və periferik sinir sisteminin fəaliyyəti üçün vacibdir.

Biotin (H vitamini) - dərinin normal vəziyyətini dəstəkləyir, ekzema və dermatit əlamətlərini azaldır.

L-lizin zülalların tikinti materialı rolunu oynayır. Maddələr mübadiləsini tənzimləyən hormon və fermentlərin tərkibinə daxildir. Böyük miqdarlarda əzələ, qığırdaqlar, bağlar və vətərlərin,  antitel (immunoqlobulin) və digər immun hüceyrələrin tərkibinə daxildir.   Anabolik və immun sistemi dəstəkləyən təsir göstərir. Kalsiumun mənimsənilməsini yaxşılaşdırır, sümüklərin möhkəmliyini dəstəkləyir. Sinir sisteminə müsbət təsir göstərir.

Dəmir qanyaranmada iştirak edir: oksigenin hemoqlobin və mioqlobinlə birləşdirilərək daşınmasını və depolaşmasını təmin edir. Bir çox metabolik proseslərdə, böyümə və inkişaf prosesində, toxuma tənəffüsündə (mitoxondrial tənəffüsdə) iştirak edir.

Yod qalxanabənzər vəzinin hormonlarının (tiroksin, triyodtironin) sintezində vacib rol oynayır. Həmin hormonlar həyati vacib funksiyaları həyata keçirir: beynin, sinir sisteminin, cinsi və süd vəzilərinin fəaliyyətini,  orqanizmin böyüməsi və inkişafını tənzimləyir.

Manqan immunoqlobulinlərin sintezini stimulə edir, həmçinin, orqanizmi sərbəst radikalların zərərli təsirindən qoruyan superoksid-dismutazanın tərkibinə daxildir.

Molibden - bir neçə ferment sisteminin, aminturşu, purin və pirimidin əsaslarının sintezində, həmçinin, bəzi preparat və toksinlərin metabolizmində  iştirak edən molibdopterin kofaktorunun vacib komponentidir.

Sink dəmirlə birgə qanyaranmada iştirak edir. O, fermentlərin aktivliyini, zülalların strukturunu təmin edir. Sink hüceyrələrin bölünməsi və böyüməsində, yaraların sağalmasında, karbohidratların parçalanmasında iştirak edir, insulinin təsirini qüvvətləndirir. Körpə və uşaq dövrlərində sink düzgün inkişaf və boy artımı üçün vacibdir.  Boy artımı dövründə sink defisiti boyun ləngiməsinə səbəb olur. Sink immun sistemin formalaşmasında, xüsusən də tənəffüs yollarının infeksiyaları və ishalın profilaktikasında vacib rol oynayır. Həzm sistemi, mərkəzi sinir, skelet, immun və reproduktiv sistemlər, dəri sink defisitinin klinik təsirinə həssasdır.

 

İstifadəsinə dair tövsiyələr

Vitamin və minerallara tələbatın artması hallarında tövsiyə olunur:

  • Hipo - və avitaminozların, mineral çatışmazlığının profilaktika və müalicəsi məqsədilə

  • Vitamin və minerallara tələbatın artması halları (aktiv fiziki inkişaf, o c.yeniyetmə dövrü) 

  • Əqli və fiziki yüklənmə, yorğunluq

  • Stres amillərə qarşı orqanizmin adaptasiya qabiliyyətini artırmaq məqsədilə

  • İnfeksion xəstəliklərin (o c. virus mənşəli) profilaktikası və müalicəsi məqsədilə (kompleks müalicədə)

  • Keçirilmiş xəstəliklərdən (o c.infeksion) sonra bərpa dövrü

  • Bağırsaq mikroflorasının balansını qorumaq məqsədilə

  • Antibiotik və d.preparatlarla müalicə zamanı yerli və ümumi immunitetin enməsinin profilaktikası  məqsədilə

  • Balanslaşdırılmamış və ya tamdəyərli olmayan qidalanma (o c.iştahsızlıq fonunda və ya mövsümi olaraq tələbatın artması)

 

Əks göstərişlər

Məhsulun tərkibində olan hər hansı bir komponentə qarşı fərdi həssaslıq.

 

İstifadə qaydası və dozası

3 yaşa qədər uşaqlar: 1 ml (20 damcı) gündə 1 dəfə.

3-9 yaş arasında olan uşaqlar: 1,5 ml (30 damcı) gündə 1 dəfə.

9-13 yaş arasında olan uşaqlar: 2 ml (40 damcı) gündə 1 dəfə.

İstifadədən öncə flakonu çalxalamaq lazımdır.

 

Buraxılış forması

Daxilə qəbul üçün məhlul-damcı, 30 ml plastik flakonda, damcısalan pipetlə, karton qutu qablaşmada.

 

İstehsalçı

Opes Healthcare Pvt. Ltd., Hindistan.

bottom of page