top of page
Сортировка Медицина

FİLTERON

Qaraciyər xəstəliklərinin kompleks müalicəsində istifadə olunan hepatoprotektor, xoleretik, antioksidant vasitə

filteron.png
brochure.png

FİLTERON  (FILTERON)  tablet

Tərkibi (1 tabletdə)
Təsiredici maddələr: 
Soya lesitini fosfolipidləri (L-a-lesitin) ………..… 200 mq
L-Qlutation …………………………………...….. 200 mq
Ademetionin …………………...………………… 100 mq
E vitamini (Tokoferol) ………………………..…… 15 mq


Köməkçi maddələr: mikrokristallik sellüloza, kartof nişastası, silisium dioksid, maqnezium stearat. 

Məhsul haqda məlumat 
Filteron tərkibində olan komponentlərin xüsusiyyətləri, bioloji aktivliyi və spesifik təsir mexanizminə əsaslanaraq qaraciyərin müxtəlif xəstəliklərinin kompleks müalicəsində istifadə edilir.  
Soya lesitini fosfolipidləri (L-a-lesitin) – soya paxlalarının lesitininində olan fosfolipid kompleksidir (fosfatidilxolin, fosfatidilserin və fosfatidilinozitol). Əvəzolunmaz fosfolipidlər hepatositlərin hüceyrə membranının komponentləri olub onun sintezi, bioloji strukturların stabilliyi və regenerasiyası üçün vacibdir. Qaraciyərin müxtəlif xəstəlikləri zamanı lesitin limfositlərin sitotoksik təsiri və hepatositlərin nekrozunu azaldır. Əvəzolunmaz fosfolipidlər hüceyrə mexanizmlərinin işini tənzimləyir: ion mübadiləsi, toxuma tənəffüsü, bioloji oksidləşmə, mitoxondrilərdə tənəffüs fermentlərinin fəaliyyəti, hüceyrələrin enerji mübadiləsi; pozulmuş lipid mübadiləsini normallaşdırır. Zülal və yağ mübadiləsini normallaşdırır, lipotrop təsirə malikdir, qaraciyərin hüceyrə strukturunu qoruyur, limfosit və makrofaqların immun funksiyalarını bərpa edir. 
L-qlütation - L-qlütamin, qlisin və L-sisteindən ibarət olan tripeptidin sulfhidril qrupu ilə birləşməsidir. Qüvvətli antioksidant olmaqla orqanizmin hüceyrələrinin müdafiəsində vacib rol oynayır. Ksenobiotiklər və onların toksik metabolitləri ilə birləşərək onların hidrofilliyini artırır və toksikliyini azaldır. Üzvi peroksidləri spirtlərədək bərpa edir, sərbəst radikalları birləşdirir. Bir çox lipofil birləşmələrlə birləşərək onların membranlardan nüfuz edərək hüceyrənin funksiyasını pozmasının qarşısını alır (fiziki zərərsizləşdirmə). Nəticədə hüceyrə membranının stabilliyini yaxşılaşdırır, hüceyrə membranını qoruyur, qaraciyərin fermentlərinin aktivliyini artırır, sərbəst radikalları inaktivləşdirməklə qaraciyərin detoksikasion və bərpa edici aktivliyini qüvvətləndirir. 
Qlütation iştirakı ilə zərərsizləşdirmə sistemi hüceyrənin ən vacib müdafiə mexanizmidir və orqanizmin müxtəlif təsirlərə qarşı rezistentliyinin formalaşmasında unikal rol oynayır. Onun ksenobiotiklərlə birləşmələri daha hidrofil olmaqla az toksikdir və orqanizmdən daha asanlıqla xaric olunur. 
Ademetionin (S-adenozil–L–metionin) – hepatoprotektordur. Xoleretik və xolekinetik təsir göstərir. Detoksikasion, regenerasiyaedici, antioksidant, antifibrotik, neyroprotektiv və antidepressant xüsusiyyətlərə malikdir. Bioloji transmetilləşmə reaksiyalarında iştirak edir – hüceyrə membranının fosfolipidlərinin, zülalların, hormonların, neyromediatorların metilləşmə reaksiyalarında iştirakı üçün metil qrupunun donatorudur; sistein, taurin, qlütationun (hüceyrə detoksikasiyasının oksidləşmə - bərpa mexanizmini təmin edir) sələfi kimi transsulfatlaşma reaksiyalarında, koenzimin asetilləşməsində iştirak edir. Qaraciyərdə qlütaminin, plazmada sistein və taurinin səviyyəsini artırır; qaraciyərdə metabolik reaksiyaları normallaşdırmaqla plazmada metioninin səviyyəsini azaldır. Dekarboksilləşmə prosesindən başqa, həmçinin, ribosomların strukturuna daxil olan putressin (hepatositlərin proliferasiyası və hüceyrə regenerasiyası stimulyatoru), spermidin və spermin kimi poliaminlərin sələfi qismində aminopropilləşmə proseslərində iştirak edir. 
Xoleretik təsir göstərir: hepatositlərdə fosfatidilxolin sintezini stimulə etməklə membran hərəkətliliyini və polyarlaşmasını artırır. Nəticədə öd turşularının hepatositlərin membranı ilə əlaqədar transport sisteminin funksiyasını və öd turşularının ödçıxarıcı yollara passajını yaxşılaşdırır. Paydaxili xolestaz zamanı (ödün sintezi və axınının pozulması) effektivdir. Öd turşularının detoksikasiyasını həyata keçirir, hepatositlərdə birləşmiş və sulfatlaşmış öd turşularının miqdarını artırır. Taurinlə birləşməsi nəticəsində ös turşularının həll olunması və hepatositdən xaric olunması artır. Öd turşularının sulfatlaşma prosesi onların böyrəklərlə xaric olunmasına, hepatositin membranından keçməsinə və ödlə xaric olmasına imkan yaradır. Bundan başqa, sulfatlaşmış öd turşuları hepatositlərin membranını sulfatlaşmamış öd turşularının ( qaraciyərdaxili xolestaz zamanı hepatositlərdə böyük miqdarlarda toplanır) toksik təsirindən qoruyur. Qaraciyərdaxili xolestaz sindromlu diffuz xəstəlikləri (sirroz, hepatit)  olan pasiyentlərdə dəri qaşınması və biokimyəvi göstəricilərin (o c.düz bilirubin, qələvi fosfataza aktivliyi, aminotransferazalar) səviyyəsini azaldır. 
E vitamini orqanizmin antioksidant müdafiə sisteminin önəmli komponentidir, hüceyrə membranlarını zədələyən sərbəst radikalların yaranmasının qarşısını alır. Bir neçə ferment sisteminin kofaktoru rolunu oynayır. Doymamış yağ turşularının oksidləşməsini tormozlayır. Hem və zülalların biosintezində, hüceyrə proliferasiyasında, toxuma tənəffüsündə və toxuma metabolizminin digər vacib proseslərində iştirak edir, eritrositlərin hemolizinin qarşısını alır, kapillyarların keçiriciliyinin yüksəlməsi və kövrəkliyinin qarşısını alır, zülal və kollagenin sintezini stimulə edir. E vitamini qaraciyər xəstəliklərində terapevtik effektə malikdir: qeyri-alkohol mənşəli qaraciyərin piylənmə xəstəliyi zamanı oksidləşdirici stresi, steatoz riskini azaldır. 

İstifadəsi sahəsi və əsas göstərişlər:  .
Aşağıdakı xəstəliklərin kompleks müalicəsində təyin olunur:
-    Qaraciyər fibrozu, qaraciyərin piy distrofiyası 
-    Qeyri-alkohol mənşəli qaraciyərin piylənmə xəstəliyi
-    Kəskin və xronik hepatit, sirroz və sirrozönü hallarda qaraciyərdaxili xolestaz
-    Qaraciyərin müxtəlif etiologiyalı, o c. alkohol, şüalanma, virus, dərman (antibiotik, şiş -, virus -, vərəməleyhinə preparatlar, trisiklik antidepressantlar, peroral kontraseptivlər) mənşəli toksik zədələnmələri
-    Xronik qeyri-kalkulyoz xolesistit, xolangit
-    Qaraciyər ensefalopatiyası, koma
-    Qida və dərman zəhərlənmələri
-    Damarların sklerotik zədələnmələri
-    Abstinent sindromu
-    Depressiya
-    Qıcolma əleyhinə, psixotrop, hormonal preparatların hepatotoksik təsirlərini azaltmaq məqsədilə
-    Kimyəvi terapiya, podaqranın müalicəsi zamanı hepatotoksikliyin azaldılması məqsədilə 
-    Ümumi sağlamlaşdırıcı, yaşlanma əleyhinə terapiya

Əks göstərişlər: Məhsulun tərkibində olan hər hansı bir komponentə qarşı həssaslıq.

İstifadə qaydası və dozası: Böyüklər: 1 tablet gündə 1 dəfə.

Əlavə təsirləri: Müşahidə olunmayıb.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri: Məlum deyil.

Toksikologiya: Məhsulun tərkibindəki komponentlərin miqdarı təhlükəsizdir.

Xüsusi ehtiyat tədbirləri: Tövsiyə edilən sutkalıq dozanı keçməyin. BFMQƏ normal qidalanmanı əvəz etmir. Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin. 

Buraxılış forması: Tablet №30, blisterdə. 2 blister (2x15) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

 

Saxlanma şəraiti: 25°С-dən yüksək olmayan temperaturda, sərin, quru, birbaşa düşən günəş şüalarından uzaq və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.

 

Yararlılıq müddəti: 3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

 

İstehsalçı: Pharmacy Laboratories s.c., Polşa.

bottom of page