top of page
Сортировка Медицина

GABAFOS tabletlər

Mərkəzi Sinir Sisteminin fəaliyyətini yaxşılaşdıran vasitə

gab.png
brochure.png

Mərkəzi Sinir Sisteminin fəaliyyətini yaxşılaşdıran vasitə

Məhsulun tərkibi ( 1 tabletdə): 
Təsiredici maddələr:  QAYT - 150 mq, fosfatidilxolin – 150mq, fosfatidilserin - 150 mq, L-Glütamin 
turşusu - 100 mq, Qriffoniya toxumlarının quru ekstraktı (Griffonia simplicifolia seed dry extract)-         (5-HTR) - 25 mq. 
Köməkçi maddələr: mikrokristallik sellüloza, kolloidal silisium dioksid, maqnezium stearat

Məhsul haqqında məlumat: 
GabaFos tərkibində olan komponentlərin xüsusiyyətləri, bioloji aktivliyi və spesifik təsir mexanizminə əsaslanaraq müasir tibbdə müxtəlif xəstəliklərin kompleks müalicəsində köməkçi vasitə kimi istifadə edilir.
Qriffoniya toxumlarının quru ekstraktı- 5-hidroksitriptofan  (5 HTR) – amin turşusudur, “xöşbəxtlik hormonu” olan serotoninin sələfidir. 5-HTR beta-endorfinlərin ifrazını artırır və əhval-ruhiyyəni yaxşılaşdırır. Antidepressant xüsusiyyətlərə malikdir, yuxusuzluğu, baş ağrılarını aradan götürür. Artıq çəkili insanlarda iştahı azaldır və arıqlamaya səbəb olur.
QAYT – qamma amino yağ turşusu – mərkəzi tormozlama proseslərində əsas mediatordur. Baş beyin qan dövranını yaxşılaşdırır, energetik prosesləri, toxuma tənəffüsünü aktivləşdirir, qlükozanın və toksiki maddələrin utilizasiyasını yaxşılaşdırır. Beyin qan dövranının pozulmasından sonra nitq və hərəki funksiyaları bərpa edir. Hipotenziv təsir göstərir, yüksək olan AT-i aşağı salır və bununla bağlı əlamətləri azaldır. Şəkərli diabetli xəstələrdə şəkərin miqdarını azaldır. QAYT reseptorlarının aktivləşməsi kardiomiositlərdə sAMF-in miqdarının artmasına və kalsium ionlarının keçiriciliyinin zəifləməsinə, ürəyin normal ritm fəaliyyətinin bərpa olunmasına səbəb olur.
L-qlütamin turşusu – əvəzolunan amin turşusudur, neyromediatordur, MSS-də metabolizmi stimulə edir. Oksidləşmə proseslərini aktivləşdirir, oksidləşmə-bərpa potensialının azalmasının qarşısını alır, orqanizmin hipoksiyaya dözümlüyünü artırır. Sinapslarda impulsların ötürülməsini stimulə edir. Digər amin turşuların, ATF-in, asetilxolinin sintezində iştirak edir. Toxumalarda qlikoliz proseslərini normallaşdırır, hepatoprotektiv təsir göstərir.
Fosfolipidlər (fosfotidilxolin və fosfotidilserin)– “sinir hüceyrələrinin böyümə faktoru” zülalının fəaliyyətini təmin edir. Bu zülalın hesabına sağlam neyrogenez baş verir və neyronların aktivliyi artır. Baş beyin toxumalarında trofikanı təmin edirlər. Stresin hüceyrələrə təsirini azaldır, beyni xarici ətraf amillərinin mənfi təsirindən qoruyur, yuxunu normallaşdırır, keyfiyyətini yaxşılaşdırır. Insanın koqnitiv funksiyalarına müsbət təsir göstərir. Alsheymer xəstəliyinin və demensiyanın effektiv profilaktikasında iştirak edir, depressiv əlamətləri aradan qaldırır, yaddaşı yaxşılaşdırır.
Fosfotidilxolin – hüceyrə membranın xarici qatını təşkil edən fosfolipiddir. Neyron birləşmələrinin təşkili və asetilxolinin sintezi üçün vacibdir. 
Fosfotidilserin – hüceyrə mebranının daxili qatını formallaşdırır. Tərkibindəki serin beynin və bütün sinir sisteminin normal fəaliyyətini təmin edir. Hüceyrələrə qida maddələrinin daşınmasını təmin edir, maddələr mübadiləsini stimullaşdırır. 

İstifadə sahəsi və əsas göstərişlər:  
Aşağıdakı hallarda MSS-nin fəaliyyətini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ: 
•    Kəskin və xroniki beyin qan dövranı pozğunluqlarından sonra
•    Baş beyin və ürək-damar xəstəliklərinin kompleks müalicəsi (ateroskleroz, hipertoniya xəstəliyi)
•    Koqnitiv funksiyaların pozulması
•    Gənclərdə əqli yükləmə dövründə diqqət və yaddaşın artırılması
•    “Menecer sindromu” (xroniki yorğunluq sindromu), asteno-nevrotik vəziyyət
•    Depressiya, əsəb pozğunluqları
•    Parkinson və Alsheymer xəstəliyinin, müxtəlif mənşəli demensiyanın profilaktikası
•    Yuxu pozğunluqları

Əks göstərişləri:
Məhsulun tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq

İstifadə qaydaları və doza:  
Böyüklər: 1 tablet gündə 1 dəfə daxilə qəbul edir. 
Tövsiyə edilən sutkalıq dozanı keçməyin.

Buraxılış forması:
GABAFOS, tablet №30 (2x15) blisterdə, karton qutu qablaşmada. 

İstehsalçı:
ValueMed Pharma S.r.L., San Marino (İtaliya). 

bottom of page