Hamilələrdə yaranan ürək problemi: Hamiləlik kardiomiopatiyası nədir?

Hamiləlik dövründə bır sıra orqanlarda, o cümlədən ürəkdə probelmlərin yaranması mümkündür. Onlardan biri də kardiomiopatiyadır. Hamiləlik kardiomiopatiyası nədir? Hansı hallarda yaranır? Hamiləlik dövründə hansı problemlərə səbəb olur? Əlamətləri necə olur?

Hamiləlik kardiomiopatiyası hamiləliyin son ayında və ya doğuşdan əvvəl erkən dövrlərdə ürək çatmazlığı simptomları və ürəyin əzələ gücünün azalması ilə müşayiət olunan nadir, lakin ciddi fəsadlarla nəticələnə bilən bir xəstəlikdir.

Bu xəstəlikdə ürək boşluqları (əsasən ürəyin sol hissəsi) böyüyür, ürək əzələsi zəifləyir və bədənin ehtiyac duyduğu qanı pompalaya bilmir. Nəticədə ürək çatmazlığı baş verir.

Bu xəstəlik üçün müəyyən edilmiş risk faktorları aşağıdakılardır: -Yüksək arterial təzyiq -Şəkərli diabet, - Preeklampsiya, -Erkən doğuşun qarşısını almaq üçün olan dərmanlar - Hamilənin yaşının 30 yaşdan yuxarı olması - Çoxdöllü hamiləlik (əkizlər, üçəmlər və s.)

Yanaşı olaraq qidalanma pozğunluqları, stres, hormonal və genetik səbəblərin olması da irəli sürülüb.

Simptomlar və əlamətlər:

-Yorğunluq: Xəstə özünü həmişə zəif hiss edir. Gündəlik iş görərkən belə ara verməli olur.

-Təngnəfəslik: İlk dövrlərdə pilləkən qalxanda olan təngnəfəslik halları getdikcə hərəkətdən asılı olmadan da yaranmağa başlayır. - Ayaqlarda, qarın boşluğunda şişkinlik və ağrı -Ürək döyüntülərinin artması və aritmiya hissi

Onu da qeyd edək ki, sadalanan simptomların çoxu normal hamiləliyin son aylarında və doğuşdan dərhal sonra yüngül şəkildə özünü göstərdiyi hallarda bəzən bu xəstəlik gözdən qaçır, diaqnozu və müalicəsi gecikir. Diaqnozun vaxtında təyin edildiyi xəstələrdə isə müalicə başlanılması, təqibdə bu xəstəliyin tamamən aradan qaldırılmasına səbəb olur və hətta ürək fəaliyyəti normallaşan qadınlara növbəti dəfə hamiləliyə icazə verilir. Ürəyinizi qoruyun, o hər şeydən önəmlidir.



2 views