Tərkibi (hər 10 ml-də)
Təsiredici maddələr:
Qaragilə meyvələrinin quru ekstraktı ..... 300 mq
Fosfatidilserin 20% ……………….……. 75 mq
L-Arginin aspartat ………………….…. 500 mq
L-Qlutamin ……………………….…… 150 mq
Xolin bitartrat …………………….…… 150 mq
Leysin …………………………….…… 150 mq
Treonin ………………………….…..….. 50 mq
Metionin ……………………….…….…. 50 mq
İzoleysin ………………………….…..… 50 mq
Köməkçi maddələr: su, fruktoza, dadlandırıcı, ksantan qətranı, kalium sorbat, limon turşusu.
Məhsul haqqında məlumat
Qaragilə meyvələrinin (Vaccinium myrtillus) tərkibində gözün sağlamlığı üçün vacib olan vitaminlər, mikroelementlər, xüsusilə də A vitamini və antosianlar vardır.
A vitamini (retinol) görmə piqmenti olan rodopsin sintezində və mübadiləsində iştirak edir, gözləri qaranlıqda görməyə uyğunlaşdırır, retinanı möhkəmləndirir, rəng qəbulunu yaxşılaşdırır, gözlərin sağlamlığı və görmə itiliyi üçün mühüm rol oynayır. A vitamini insanlarda “gecə korluğu” xəstəliyinin yaranmasının qarşısını alır. A vitamini göz səthinin nəmlənməsini təmin edir və buynuz qişanı qurumadan, konyunktivitlərin yaranmasından qoruyur. Antosianlar torlu qişanın damar divarlarını möhkəmləndirir, qan axınını və göz almasının oksigenlə təchizatını təmin edir, maddələr mübadiləsini stimullaşdırır. Rodopsin piqmentinin sintezini və təbii yenilənməsini stimullaşdırır, görmə itiliyini artırır, qaranlığa və aşağı işıq şəraitinə uyğunlaşmanı yaxşılaşdırır. Torlu qişanın təbii yenilənmə prosesini sürətləndirir və göz yorğunluğunu azaldır. Antosianlar antioksidant xüsusiyyətlərinə malikdir, sərbəst radikalları neytrallaşdırır, onların orqanizmdən xaric olmasını təmin edir, gözlərə olan zərərli təsirindən qoruyur, göz hüceyrələrinin vaxtından əvvəl qocalmasının qarşısını alır.
Fosfatidilserin hüceyrə mebranının daxili qatını təşkil edən fosfolipiddir. Hüceyrələrin vitamin və bioloji aktiv maddələrlə qidalanmasını təmin edir, fizioloji funksiyalarını təmin edir (bölünmə, böyümə və s.), maddələr mübadiləsini yaxşılaşdırır. Membranoprotektor təsir göstərir, hüceyrələri xarici amillərin təsirindən qoruyur. Tərkibindəki serin beynin və bütün sinir sisteminin normal fəaliyyəti üçün vacibdir. “Sinir hüceyrələrinin böyümə faktoru” zülalının fəaliyyətini təmin edir. Bu zülalın hesabına sağlam neyrogenez baş verir və neyronların aktivliyi artır. Baş beyin toxumalarında trofikanı təmin edir. Stresin hüceyrələrə təsirini azaldır, baş beyni xarici ətraf amillərinin mənfi təsirindən qoruyur, yuxunu normallaşdırır və keyfiyyətini yaxşılaşdırır. Koqnitiv funksiyalara (qavrama, diqqət konsentrasiyası, düşünmə) müsbət təsir göstərir, yaddaşı möhkəmləndirir.
L-Arginin orqanizmdə damar spazmını aradan qaldıran və damarların genişlənməsini təmin edən azot oksidinə çevrilir, nəticədə toxuma və orqanlarda mikrosirkulyasiya yaxşılaşır, oksigenlə və qidalı maddələrlə təchizat artır. Hüceyrə (T-limfositlər) və humoral (İgE) immuniteti gücləndirir, infeksiyalara qarşı müqaviməti artırır. Reproduktiv orqanların normal fəaliyyəti üçün zəruridir. Arginin insulin və boy hormonunun sintezində iştirak edir. İnsulin qlükozanın boy artımı və enerji istehsalında istifadəsini təmin etmək üçün toxumalara nəqlini həyata keçirir. Bu səbəbdən orqanizmin fiziki yüklərə qarşı dözümlülüyünü artırır. Arginin iltihab proseslərini inhibə edir, ateroskleroz və ürək xəstəliklərinin riskini azaldır, böyrəklərin funksiyasını yaxşılaşdırır, psixi sağlamlığı təmin edir.
L-Qlutamin əzələ hüceyrələrinin zülal sintezində iştirak edir və əzələ kütləsinin artmasını sürətləndirir. Hematoensefalik baryerdən asanlıqla nüfuz edir, neyronların metabolizmində və neyromediatorların sintezində iştirak edir. Azot balansını tənzimləyir, ammiak birləşmələrin toplanmasına mane olur və onların zərərli təsirindən qoruyuyr. Güclü antioksidantdır, sərbəst radikalların zədələyici təsirindən qoruyur.
Xolin bitartrat (B4 vitamini) membranoprotektor xüsusiyyətlərinə malik vitaminəbənzər maddədir. Maddələr mübadiləsini yaxşılaşdırır, hüceyrələri zədələnmələrdən və dağılmadan qoruyur, orqanizmdən toksinlərin xaric olmasını təmin edir, qanda “pis” xolesterinin səviyyəsini azaldır, qaraciyər və baş beyin fəaliyyətini yaxşılaşdırır, əhval-ruhiyyəni artırır və antidepressant təsir edir, yaddaş və diqqət konsentrasiyasını gücləndirir. Qaraciyərdə yağların enerjiyə çevrilməsini təmin edir, orqanizmin müxtəlif yüklərə qarşı dözümlülüyünü artırır, qocalıq prosesini ləngidir. Xolin boy hormonunun sintezini artırır.
Aminturşuları orqanizmin bütün hüceyrələrin təməli üçün lazım olan zülalların mənbəyidir. Hüceyrə sitoplazmasında həll olmuş vəziyyətdə olan proteinlər böyüməni, inkişafı, əzələlərin yaranmasını və miositlərin bərpasını, yaraların sağalmasını, bəzi qidaların həzmini, zəkanın inkişafını, xəstəliklərə qarşı dözümlülüyü və vacib olan azot balansını təmin edir. Aminturşuları insan orqanizminin normal fəaliyyəti üçün zəruridir. Vitamin və mineralların daha yaxşı mənimsənilməsini təmin edir. Sinir sisteminin fəaliyyəti, xüsusən də baş beyinə siqnalların ötürülməsi üçün zəruridir. İzoleysin, leysin, metionin, treonin əvəzolunmaz amin turşularıdır, insan orqanizmində sintez olunmur və yalnız kənardan qəbul edilir. Orqanizmdə azot balansını və maddələr mübadiləsini tənzimləyir, zülal sintezində iştirak edir, boy və inkişaf, sinir sisteminin fəaliyyətində mühüm rol oynayır. İntensiv inkişaf dövrdə, hamiləlik zamanı və bəzi xəstəliklər zamanı əvəzolunmaz amin turşularına tələbat kəskin artır. Leysin əzələ toxumasının formalaşmasında iştirak edir və onları qoruyur, həmçinin orqanizm üçün enerji mənbəyidir, immun sistemin möhkəmlənməsində mühüm rol oynayır. Yaraların sürətlə sağalmasına kömək edir. Sümüklərin, əzələlərin və dərinin sağlamlığını təmin edir. İzoleysin hemoqlobin sintezi üçün vacibdir. Əzələ toxumalarının formalaşmasında iştirak edir. Metionin həzm prosesini yaxşılaşdırır, qaraciyərin sağlamlığı üçün zəruridir. Saç, dəri və dırnaqların formalaşmasında əsas rol oynayır. Orqanizmi radiasiyanın zərərli təsirindən qoruyur. Treonin qaraciyərin sağlamlığı və immun sisteminin fəaliyyəti, immunoqlobulinlərin və anticismlərin sintezi üçün vacibdir.
İstifadəsinə göstərişlər
Aşağıda qeyd olunan xəstəliklərin kompleks müalicə və profilaktikasında tövsiyə olunur:
- Görmə itiliyinin zəifləməsi, gecə görməsinin zəifləməsi, gözlərin yorğunluq sindromu
- Yaxından görmə (miopiya), qazanılmış hemeralopiya
- Torlu qişanıın distrofiyası, makulodistrofiya
- Kataraktanın profilaktikası
- Diabetik retinopatiya
- Xroniki yorğunluq, fiziki və psixi yüklənmə, diqqət və yaddaş pozğunluqları
- Fiziki inkişafdan geri qalma (boy və çəki artımının ləngiməsi)
- Əqli inkişafdan geri qalma (nitq qüsurları, diqqət yayınıqlığı)
- Əzələ hipotoniyası, hiperkinezlərin kompleks müalicəsində
- Depressiv vəziyyətlərin kompleks müalicəsində
- Uşaq serebral iflicin kompleks müalicəsində
- Gözlərdə aparılan cərrahi əməliyyat zamanı sağalmanın sürətləndirilməsi məqsədilə
- Infeksion xəstəliklər və cərrahi əməliyyatlardan sonra astenik vəziyyətlər
- Göz travmalarından sonra bərpa dövrü
Əks göstərişlər: Məhsulun tərkibində olan hər hansı bir komponentə qarşı həssaslıq.
İstifadə qaydası və dozası
Oftamiks şərbət yeməkdən sonra daxilə qəbul olunur. İstifadədən əvvəl az miqdarda su, süd və ya meyvə şirəsi ilə həll oluna bilər. Doza və müalicənin müddəti həkim tərəfindən fərdi olaraq müəyyən olunur.
Həkim tərəfindən başqa cür təyin edilməyibsə aşağıdakı dozalarda istifadə edin.
4-8 yaş arası uşaqlar: 5 ml gündə 1 dəfə
9-13 yaş arası uşaqlar: 7,5 ml gündə 1 dəfə
14 yaşdan yuxarı uşaqlar və böyüklər: 10 ml gündə 1 dəfə
4 yaşdan kiçik uşaqlara həkim məsləhəti ilə təyin oluna bilər. İstifadədən öncə flakonu yaxşı çalxalamaq lazımdır. Doza və qəbul qaydası həkim tərəfindən tənzimlənə bilər.
Buraxılış forması: Daxilə qəbul üçün şərbət, 100 ml şüşə flakonda, karton qutu qablaşmada.
İstehsalçı: ValueMed Pharma S.r.l., San Marino.