Tərkibi (hər 5 ml məhlulda)
Təsiredici maddələr:
L-lizin ............................................... 150 mq
B1 vitamini (tiamin hidroxlorid) .......... 0,7 mq
B6 vitamini (piridoksin hidroxlorid) ..... 1 mq
B12 vitamini (sianokobalamin) ............. 1 mkq
Köməkçi maddələr: ananas, meyvə qarışığı (dadlandırıcılar), saxaroza, natrium benzoat, limon turşusu, ksantan qətranı, EDTT, qliserin, sukraloza, su.
Məhsul haqda məlumat
Lyzovit-B tərkibində olan komponentlərin xüsusiyyətləri, bioloji aktivliyi və spesifik təsir mexanizminə əsaslanaraq sinir sisteminin fəaliyyətini yaxşılaşdırır, orqanizmdə fiziki və əqli inkişafı, immuniteti dəstəkləyir.
L-lizin - əvəzolunmaz aminturşudur. İnsan orqanizmində sintez oluna bilmədiyindən yalnız qida və ya qida əlavələri vasitəsilə qəbul edilə bilər. Çoxsaylı bioloji effektlərə malikdir: ilk növbədə zülalların tikinti materialı rolunu oynayır. Maddələr mübadiləsini tənzimləyən hormon və fermentlərin tərkibinə daxildir. L-lizin törəmələri hüceyrələr tərəfindən elastin və kollagenin sintezi üçün istifadə olunur. Böyük miqdarlarda əzələ, qığırdaqlar, bağlar və vətərlərin tərkibində var. Müsbət azot mübadiləsini və əzələ zülallarının quruluşunu dəstəkləyir. Anabolik təsir göstərir. L-lizin immun sistemin fəaliyyətində vacib rol oynayır, belə ki, antitel (immunoqlobulin) və digər immun hüceyrələrin tərkibinə daxildir. Kalsiumun mənimsənilməsini yaxşılaşdırır, sümüklərin möhkəmliyini dəstəkləyir. Sinir sisteminə müsbət təsir göstərir.
Orqanizmdə lizin çatışmazlığı zülal sintezinin pozulmasına, bu da tez yorulma, zəiflik, iştahanın enməsi, boy artımı sürətinin və bədən kütləsinin azalmasına, diqqət konsentrasiyasının pisləşməsi, tez qıcıqlanma, anemiya, immunodefisit vəziyyətlərə səbəb olur. Stres zamanı orqanizmdə lizin ehtiyatları tükənir. L-lizinin qəbulu fonunda mülayim antidepressant, həyəcan və stres əleyhinə təsirləri meydana çıxır.
B qrupu vitaminləri (B1, B6, B12) karbohidrat, yağ, zülal mübadiləsində, həmçinin, sinir sisteminin fəaliyyətində vacib rol oynayır. Suda həll olan vitaminlər orqanizmdə məhdud miqdarda olur, buna görə uyğun konsentrasiyaların dəstəklənməsi üçün müntəzəm olaraq qida və ya qida əlavələri vasitəsilə qəbul olunmalıdır.
B1, B6, B12 vitaminləri neyrotrop vitaminlər olub sinir və dayaq-hərəkət sisteminin iltihabi və degenerativ xəstəliklərində müsbət təsir göstərir. Onlar qan dövranını yaxşılaşdırır, sinir sisteminin funksiyasını və qanyaranma prosesini normallaşdırır.
B1 vitamini sinir toxumasının mübadilə prosesində həlledici əhəmiyyəti olan karbohidrat mübadiləsində koenzim kimi iştirak edir, sinapslarda sinir impulsunun keçiriciliyində rol oynayır. B1 vitamininin çatışmazlığı zamanı sinir toxumasında süd və piroüzüm turşularının toplanması nəticəsində bir sıra patoloji vəziyyət və funksiya pozğunluqları yaranır.
B6 vitamini aminturşuların metabolizmində koenzim kimi iştirak edir. Bir sıra fizioloji aktiv aminlər (adrenalin, histamin, serotonin, dopamin, tiramin, QAYT, triptofan), o cümlədən, hemoqlobin B6 vitamininin iştirakı ilə yaranır. Mərkəzi və periferik sinir sisteminin fəaliyyəti üçün vacibdir.
B12 vitamini hüceyrə metabolizmi üçün vacibdir. O qanyaranma funksiyasına təsir göstərir, xolin, metionin, kreatinin, nuklein turşularının sintezində iştirak edir, ağrıkəsici təsir göstərir.
İstifadəsinə göstərişlər
Aşağıda qeyd olunan xəstəliklərin kompleks müalicə və profilaktikasında istifadə olunur:
- Fiziki inkişafdan geri qalma (boy və çəki artımının ləngiməsi)
- Əqli inkişafdan geri qalma (kompleks müalicədə)
- Mərkəzi və periferik sinir sisteminin xəstəliklərinin kompleks müalicəsi
- Stres, nevrotik hallar, həyəcan vəziyyəti
- Depressiv vəziyyətlərin kompleks müalicəsi
- İştahanın zəifliyi, hipotrofiya
- İmmunodefisit vəziyyətlər, tez-tez xəstələnmə halları
- İnfeksion xəstəliklərin kompleks müalicəsi
- Anemiyanın kompleks müalicəsi
- Xroniki yorğunluq, fiziki və psixi yüklənmə, diqqət və yaddaş pozğunluqları
Əks göstərişlər
Məhsulun tərkibində olan hər hansı bir komponentə qarşı həssaslıq, hamiləlik və laktasiya dövrü.
İstifadə qaydası və dozası
4 yaşadək uşaqlar: 2,5 ml gündə 1 dəfə
4-14 yaş arası uşaqlar: 5 ml gündə 1 dəfə
14 yaşdan yuxarı uşaqlar və böyüklər: 10 ml gündə 1 dəfə
Yeməkdən sonra daxilə qəbul edilir. İstifadədən öncə flakonu çalxalamaq lazımdır.
Buraxılış forması
Daxilə qəbul üçün şərbət, 200 ml plastik flakonda, 15 ml-lik ölçü stəkanı ilə, karton qutu qablaşmada.
İstehsalçı
Opes Healthcare Pvt. Ltd., Hindistan.