top of page
Сортировка Медицина

İMMUNOSTRONG

şərbət

immunostrong sirop.png
brochure.png

Tərkibi (hər 10 ml məhlulda):

Təsiredici maddələr:

Beta-(1,3/1,6)-D-qlükan………………………….…………. 150 mq

C vitamini (Askorbin turşusu)………………...….…………..  90 mq

D3 vitamini (Xolekalsiferol)…………………….………….. 400 BV

E vitamini (DL-alfa-tokoferol asetat)…………….……...…… 10 mq

A vitamini (Retinol asetat)……………………... 400 mkq (1333 BV)

Selen (L-Selenometionin)…………………………………… 60 mkq

Sink pikolinat (15 mq elementar sinkə ekvivalent)……….. 71,43 mq

Köməkçi maddələr: maltitol (dadlandırıcı), banan ətirləndiricisi, sukraloza (dadlandırıcı), qliserin (qatılaşdırıcı), kalium sorbat, su.

 

İstifadəsinə dair tövsiyələr: İmmun sistemi möhkəmləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ.

 

Əks göstərişlər: Məhsulun tərkibindəki hər hansı bir komponentə qarşı fərdi yüksək həssaslıq.

 

İstifadə qaydası və dozası:

4-8 yaşlı uşaqlar: 5 ml gündə 1 dəfə

9-13 yaşlı uşaqlar: 10 ml gündə 1 dəfə

14 yaşdan yuxarı uşaqlar və böyüklər: 15 ml gündə 1 dəfə

Sirop səhər acqarına su ilə qəbul olunmalıdır.

İstifadədən öncə yaxşı çalxalayın! Flakonun dibindəki çöküntü məhlulun keyfiyyətinə təsir göstərmir.

 

Əlavə təsirləri: Nadir hallarda komponentlərdən hər hansı birinə qarşı hiperhəssaslıq reaksiyaları müşahidə oluna bilər.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri: Məlum deyil.

 

Toksikologiya: Məhsulun tərkibindəki inqrediyentlərin miqdarı təhlükəsizdir.

 

Xüsusi ehtiyat tədbirləri: Tövsiyə edilən sutkalıq dozanı keçməyin. BFMQƏ normal qidalanmanı əvəz etmir. Xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.

 

Buraxılış forması: 150 ml şüşə flakonda, karton qutu qablaşmada.

 

Saxlanma şəraiti: 25°С-dən yüksək olmayan temperaturda, quru, birbaşa düşən günəş şüalarından uzaq və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.

 

Yararlılıq müddəti: 3 il

 

İstehsalçı: Phytophar, Belçika

bottom of page