top of page
Сортировка Медицина

AYHİL (EYEHİL) steril göz damcısı

Gözün selikli qişasının nəmləndirilməsi və qorunması üçün vasitə

eyehil.png
brochure.png

Tərkibi: 
Təsiredici maddə: Natrium hialuronat 0,4%.
Köməkçi maddələr: natrium xlorid, ikiəsaslı natrium fosfat, birəsaslı natrium fosfat, natrium edetat, setrimid, su.

İstifadəsinə dair tövsiyyələr: 
Gözün selikli qişasını nəmləndirərək qıcıqlanma və yanğı hissini aradan qaldırır. 
“Quru göz” sindromu, kontakt linzaların uzunmüddətli istifadəsi, cərrahi əməliyyat, travma və yanıqlardan sonrakı dövrdə göz toxumasının daha sürətli bərpası məqsədi ilə tövsiyə olunan gigiyenik vasitədir.
   
Əks göstərişlər:

Tərkibindəki komponentlərdən hər hansı birinə qarşı hiperhəssaslıq halları. 
Buynuz qişanın səthi eroziyaları və ağır xoraları.
 
İstifadə qaydası və dozası: 
1 damcıdan gündə 2-3 dəfə flakonu yüngülcə sıxmaqla gözə damızdırılır.

Ehtiyat tədbirləri: 
Tövsiyə edilən sutkalıq dozanı keçməyin. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin. Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz. 
-    Zədələnmiş flakonu istifadə etməyin
-    Flakonun ucunu gözə toxundurmayın
-    Digər göz preparatları ilə birlikdə istifadə zamanı 10-15 dəqiqə ara verdikdən sonra istifadə edin
-    İstifadədən dərhal sonra gel forma görmədə müvəqqəti bulanıqlıq əmələ gəltirə bilər, bu səbəbdən görmədə diqqət tələb edən işləri görməzdən əvvəl bir-neçə saniyə gözləmək məsləhət görülür
-    İstifadədən sonra flakonu ətraf mühitə tullamayın
-    Açıldıqdan 30 gün sonra istifadə etməyin

Buraxılış forması: Damcı 10 ml

İstehsalçı: NTC srl via L. Razza 3 - 20124 Milano 

Gigiyenik vasitədir. Dərman vasitəsi deyildir!

bottom of page